Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Economic Times: Pakistan Ukraynaya 10.000 Qrad raketi göndərib…

Pakistan Ukraynaya “Qrad” reaktiv raket sistemləri üçün 122 millimetrlik 10 mindən çox raket verib…

Poliqon.info xəbər verir ki, bu barədə The Economic Times mənbələrə istinadən məlumat yayıb.

Qəzetin mənbələrinin məlumatına görə, bir aydan sonra silahlar Almaniyanın Emden limanı vasitəsilə Ukraynaya gələcək.

Mənbələr bildiriblər ki, Pakistan Rusiyadan neftin qiymətini aşağı salmağı xahiş etsə də, İslamabad hakimiyyəti davamlı olaraq Ukraynaya silah yollayır. Bildirilir ki, təkcə yanvarda Pakistan artilleriya zavodları Ukraynaya 50 min mərmi göndərib.

Qəzetin yazdığına görə, Pakistan üçüncü ölkələr vasitəsilə Ukraynaya silah ötürür. Məsələn, hərbi yüklərdən biri Polşanın Qdansk limanı vasitəsilə göndərilib.

Mənbələrin The Economic Times-a verdiyi məlumata görə, Ukrayna silah tədarükü müqabilində Mİ-17 helikopterlərinin modernləşdirilməsinə yardım edəcəyinə söz verib. Bundan əlavə, qəzet yazır ki, Pakistandakı Nur-Xan aviabazası Ukraynaya silah ötürən Britaniya Hərbi Hava Qüvvələri üçün tranzit məntəqəsi olub.

The Economic Times qeyd edir ki, 1991-ci ildən 2020-ci ilə qədər Ukrayna və Pakistan təxminən 1,6 milyard dollar dəyərində silah müqaviləsi imzalayıb. Pakistan Ukraynadan 320 ədəd T-80 tankı alıb, həmçinin tankların təmiri üçün 85,6 milyon dollarlıq müqavilə imzalayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

Ən çox oxunanalar