Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın qardaş ölkəyə göstərdiyi dəstək əsil qardaşlıq nümunəsidir

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın qardaş ölkəyə göstərdiyi dəstək əsil qardaşlıq nümunəsidir. 

Zəlzələyə yardım lazım olan anda Azərbaycanın hər bir vətəndaşı qardaşına yardım etməyə çalışdı. Balacadan-böyüyə, yaşlıdan-cavana qədər hər bir kəs əlindən gələni köməyi qardaş Türkiyədən əsirgəmədi və bu köməklik bu gün də davam edir. Nə qədər ki, qardaşlarımız dardadır, köməyə ehtiyacları var, o vaxta qədər də davam edəcək.

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, yaralananlara şəfa dilədi. Eyni zamanda həmin gün Prezident Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəng etdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi.

Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində oldu. Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və çıxış etdi. Çıxışı zamanı Prezident bildirdi ki: "Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik".

Demək olar ki, Azərbaycanın bütün dövlət qurumları, özəl sektorları bu gün qardaş türk xalqının yanındadır. Bütün yardım məsələləri isə bir mərkəzdən idarə olunacaq. Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrıldı.

Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Fevralın 9-na olan məlumata görə FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Könül İsmayılova - Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şurasının və İH-nin üzvü

poliqon.info


Etiket: Zəlzələ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Ən çox oxunanalar