Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şarl Mişel: “Aİ Ukraynaya həlledici olacaq yardımı göstərməlidir”

Başa düşürük ki, qarşıdakı həftələr və aylar, şübhəsiz ki, həlledici olacaq...

Avropa İttifaqı yaxın həftələrdə Ukraynaya maksimum yardım göstərməlidir ki, bu da həlledici olacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən və Ukrayna Prezidenti Volodimir Zelenskinin ilk dəfə şəxsən iştirak etdiyi Aİ sammiti çərçivəsində baş tutan mətbuat konfransında deyib.

“Başa düşürük ki, qarşıdakı həftələr və aylar, şübhəsiz ki, həlledici olacaq. Biz Ukraynaya maksimum yardım göstərməyə davam etməliyik”, - o bildirib.

Ş.Mişelin sözlərinə görə, bu yardım həm hərbi, həm maliyyə, həm də siyasi xarakter daşımalıdır: “Bütövlüyünüzü qorumaq üçün lazım olanı almalısınız. Bu, həm artilleriyadır, həm sursatdır, həm də müdafiə sistemləridir”, - o əlavə edib.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen isə öz növbəsində bildirib ki, Aİ və birliyə üzv ölkələrin Ukraynaya ümumi yardımı artıq 67 milyard avroya çatıb.

Ş.Mişel və U.fon der Lyayen Aİ-nin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəyini və Moskvaya qarşı 10-cu sanksiyalar paketinin hazırlandığını vurğulayıb.

Poliqon.info


Etiket: Şarl Mişel


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay