Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” 4G şəbəkəsi Naxçıvanda

“Nar” fevralın 9-dan etibarən Naxçıvan Muxtar Respublikasında 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib...

Artıq Naxçıvanda yaşayan “Nar” abunəçiləri yüksək sürətli və dayanıqlı mobil internetdən yararlana biləcəklər.

“Müştəri məmnuniyyəti hər zaman işimizin təməlində dayanır. Bu mənada, yüksək keyfiyyətli mobil rabitə xidmətlərinin yalnız paytaxt Bakıda deyil, eləcə də bölgələrdə təqdim edilməsi “Nar” üçün xüsusi önəm daşıyır”, - deyə “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib.

Hal-hazırda “Nar” 4G şəbəkəsi hava limanı ərazisi də daxil olmaqla, Naxçıvan şəhərini, o cümlədən Şahbuz rayonunda yerləşən Ağbulaq istirahət mərkəzini əhatə edir. Mobil operator bu ilin sonunadək Muxtar Respublika ərazisində 4G baza stansiyalarının sayını iki dəfə artırmağı planlaşdırır.

Qeyd edək ki, ölkə üzrə “Nar” şəbəkəsi ərazinin 98,1 %-ni, əhalinin isə 99,8 %-ni əhatə edir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

poliqon.info


Etiket: Nar mobile


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Ən çox oxunanalar