Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad edilmiş ərazilərdə 14 min daşınmaz əmlak inventarlaşdırılıb

Azad edilmiş ərazilərə böyük qayıdışa dair 1-ci dövlət proqramında əks olunmuş tədbirlərlə bağlı Dövlət Xidməti tərəfindən işlər görülür...

Ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində torpaqların öyrənilməsi ilə bağlı ilk addım olaraq Zəngilan, QubadlıKəlbəcərdə minalanmış ərazilər istisna olmaqla torpaqların öyrənilməsi işləri başa çatıb və artıq hansı ərazidə hansı torpaqların mövcudluğu və onların keyfiyyət göstəricilərinin necə olduğu bilinir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Xidmətin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

O, bildirib ki, azad edilmiş ərazilərə böyük qayıdışa dair 1-ci dövlət proqramında əks olunmuş tədbirlərlə bağlı Dövlət Xidməti tərəfindən işlər görülür:

"Ötən ilin sentyabr ayında Laçın və onun ətrafındakı 7 kənddə 1 400-ə yaxın daşınmaz əmlak siyahıya alınıb. Ümumilikdə azad edilmiş ərazilərdə 14 min daşınmaz əmlak inventarlaşdırılı, 390 min hektar ərazidə elektron kadastr işləri aparılıb, 283 min hektar ərazidə çöl torpaq tədqiqatları yekunlaşıb. Hesabat dövründə torpaq sahələrinin icarəyə verilməsinə razılıq verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 6 668,26 hektar sahə ilə bağlı Dövlət Xidmətinə 19 müraciət daxil olub.

Əvvəlki dövrlərdə daxil olmuş müraciətlərlə birlikdə 1 486,26 hektar torpaq sahəsi üzrə 13 müraciətə razılıq verilib. 251 hektar torpaq sahəsi üzrə 4 müraciətə imtina verilib. 5 258 hektar torpaq sahəsi üzrə isə 4 müraciətə yerquruluşu işlərinin nəticəsinə uyğun münasibət bildiriləcək. Torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı ötən il Dövlət Arxitektura Komitəsi tərəfindən 189 obyekt (1 176,84 ha) üzrə 89 müraciət daxil olub. Əvvəlki dövrlərdə daxil olmuş müraciətlərlə birlikdə 201 obyekt (4 544,67 ha) üzrə müraciətə müsbət rəy verilib. 76 obyekt (4 ha) üzrə 24 müraciətə yerquruluşu işlərinin nəticəsinə uyğun münasibət bildiriləcək".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar