Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Volodin Baydeni “Şimal axını”nda partlayışlara görə terrorda ittiham edib

Rusiya Dövlət Dumasının sədri bu cür hərəkətləri öz vətəndaşlarının maraqlarını rəhbər tutaraq iqtisadiyyatı inkişaf etdirmək qərarına gələn “vassallara qarşı qorxuducu hərəkəti” adlandırıb...

“Amerika prezidenti Co Bayden özünü tarixə strateji tərəfdaşların enerji infrastrukturunun məhv edilməsi əmrini verən terrorçu kimi düşəcək”.

Poliqon.info xəbər verir ki, bunu Telegram kanalında Rusiya parlamentinin aşağı palatası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Volodin xatırladıb ki, Bayden Konqresdəki çıxışı zamanı amerikalıları bütün dünya üçün yol göstərən ulduz adlandırıb: “Bu, Üçüncü Reyxin liderlərinin bəyanatlarını xatırladır”, deyə Volodin vurğulayıb.

Dövlət Dumasının spikerinin sözlərinə görə, amerikalı jurnakist Seymur Herşin Baydenin “Şimal axını” kəmərlərinin partladılmasında iştirakı ilə bağlı araşdırmasının nəticələri ilə tanış olduqdan sonra, bu gün eksklüzivlik ideologiyasının nəyə gətirib çıxardığını görmək mümkündür.

“Baydenin göstərişi ilə dalğıclar NATO təlimləri altında və Norveç Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Baltik dənizində qaz kəmərlərinin yaxınlığında uzaqdan idarə olunan partlayıcı qurğular yerləşdirib, sonra onları işə salıblar. Əgər ABŞ-ın keçmiş prezidenti Harri Trumen Xirosima və Naqasakidə mülki əhaliyə qarşı atom silahından istifadə edən cinayətkar oldusa, Bayden strateji tərəfdaşlarının: Almaniya, Fransa, Hollandiyanın enerji infrastrukturunun məhv edilməsi əmrini verən terrorçu oldu” deyə Volodin yazıb.

Volodin bu cür hərəkətləri öz vətəndaşlarının maraqlarını rəhbər tutaraq iqtisadiyyatı inkişaf etdirmək qərarına gələn “vassallara qarşı qorxuducu hərəkəti” adlandırıb. O, həmçinin əmindir ki, dərc edilmiş məlumatlar ABŞ prezidenti və onun əlaltılarının məsuliyyətə cəlb edilməsi, habelə terror aktından zərər çəkmiş dövlətlərə təzminat ödənilməsi üçün beynəlxalq araşdırma üçün əsas olmalıdır.

Qeyd edək ki, 85 yaşlı amerikalı jurnalist Seymur Herş yazdığı məqalədə “Şimal axını” kəmərlərində baş verən partlayışlara görə məsuliyyətin ABŞ və Norveçin üzərinə düşdüyünü yazıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar