Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WSJ: İrandakı hərbi zavoda hücumun arxasında İsrail dayanır

İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki hərbi obyektinə zərbənin təşkilinə görə məsuliyyət İsrailin üzərinə düşür...

PİA.az xəbər verir ki, bu barədə yanvarın 29-da “The Wall Street Journal” (WSJ) nəşri ABŞ rəsmilərinə və dron hücumundan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

WSJ-nin məlumatına görə, İsrail İranın müdafiə obyektlərinə dronlarla zərbə endirib. Nəşr qeyd edir ki, zərbə Vaşinqton və Qüdsün “Tehranın nüvə və hərbi ambisiyalarını cilovlamaq üçün yeni imkanlar axtarması”, o cümlədən “Rusiya ilə hərbi əməkdaşlığın artırılması” fonunda baş verib.

The Wall Street Journal yazır ki, bu, baş nazir Benyamin Netanyahu vəzifəyə gəldikdən sonra İrana qarşı məlum olan ilk İsrail zərbəsidir. Qeyd edilir ki, İsrail hakimiyyəti onların İsfahan hücumunda iştirakı ilə bağlı xəbərləri rəsmi şəkildə şərh etməyib.

WSJ qeyd edir ki, hadisədən bir gün sonra yayımlanan peyk görüntülərində vurulan binaya cüzi ziyan dəyib. İran rəsmiləri daha əvvəl damın zədələnməsi barədə məlumat vermişdilər.

Qeyd edək ki, yanvarın 29-na keçən gecə İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayışın baş verməsi barədə İran mətbuatı məlumat yayıb. İslam Respublikasının Müdafiə Nazirliyi pilotsuz təyyarələrin hərbi obyektə uğursuz hücumu barədə məlumat verib. Nazirlik iddia edir ki, bir pilotsuz təyyarə hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, daha ikisi müdafiə tələlərinə düşüb və partlayıb. Müdafiə Nazirliyindən əlavə ediblər ki, hücum nəticəsində ölən və yaralanan olmayıb. İran Xarici İşlər Nazirliyi hadisəni islam respublikasının təhlükəsizliyini zəiflətməyə yönəlmiş “qorxaq addımlar” adlandırıb.

Əl-Ərəbiyyə telekanalı mənbələrə istinadən bildirib ki, İsfahandakı hücumda ABŞ Hərbi Hava Qüvvələri və “başqa bir ölkə” iştirak edib. Eyni zamanda, Al Hadath telekanalının amerikalı mənbələri iddia edir ki, zərbənin əsas hədəfi balistik silahların istehsalı və ixracı üçün” zavodların tikintisinı qarşısını alamq və ABŞ-ın hər şeyə hazır olduğunu İranRusiyaya nümayiş etdirməkdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar