Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Patruşevin KTMT Baş katibi ilə görüşünün detalları açıqlanıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bugünkü görüşdə Belarusun təşkilatda sədrliyinin prioritetlərinin həyata keçirilməsini müzakirə ediblər...

APA “BELTA”ya istinadən xəbər verir ki, bu barədə KTMT-nin sözçüsü Vladimir Zaynetdinov bildirib.

"Görüş zamanı bir sıra beynəlxalq məsələlər müzakirə edilib, KTMT sərhədləri boyunca vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Təşkilatın nüfuzunun artırılması və onun digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətinə xüsusilə toxunulub. Həmçinin, bu il KTMT-yə sədrlik edən Belarusun təklif etdiyi prioritetlərin həyata keçirilməsi məsələsi də tərəflər arasında müzakirə edilib” – deyə Zaynetdinov qeyd edib.

Həmçinin qeyd edilib ki, görüş zamanı ötən il KTMT-yə üzv dövlətlərin başçılarının qəbul etdikləri qərarların icrasına böyük diqqət yetirilib, xüsusən də təşkilata üzv olan dövlətlərin bioloji təhlükəsizlik üzrə səlahiyyətli orqanlarının Koordinasiya Şurasının fəaliyyətinin təşkili məsələsi müzakirə olunub.

KTMT sözçüsü onu da əlavə edib ki, Nikolay Patruşev İmanqali Tasmaqambetovu KTMT Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona təşkilatın inkişafı naminə fəaliyyətində uğurlar arzulayaraq, təşkilatın Katibliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsində köməklik göstərməyə hazır olduğunu bildirib.

pia.az


Etiket: KTMT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

İşdən çıxarılan icra başçısının mülkləri…

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Ən çox oxunanalar