Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sülhməramlılar erməni avtoritetlərdən rüşvət alıb, onları rahatlıqla oradan çıxara bilirlər” - Hafiz Hacıyev

“Nə qədər ki, Qarabağda, o cümlədən Laçın-Şuşa yolunda bizim postlarımız, gömrük postları, hüquq- mühafizə orqanlarının nəzarət postları qurulmayıb, belə də olacaq. Oradan avtoritetlər də, oğrular da, banditlər də keçiriləcək”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev aksiyadan sonra erməni kriminal avtoritetlərin gizli yolla Ermənistana keçirdiyi iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Erməni mənbələr sülhməramlıların Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağda qalan iki erməni kriminal avtoriteti gizli yolla Ermənistana keçirdiyini iddia edir. Məlumata görə bunun qarşılığında sülhməramlılar 10 min dollar ödəniş alıb. Lakin avtoritetlərin adı və aksiya keçirilən ərazidən hansı formada keçirildiyi qeyd olunmur.

Rus sülhməramlılarının Qarabağdakı növbəti özbaşınalıqlarını PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Çox təcili sürətdə Xankəndinin səlahiyyətli nümayəndəsi təyin olunmalıdır”.

Heç bir dövlətdən qorxmadan Xankəndinə Prezidentin səlahiyyətli nümayəndəsinin təyin edilməli olduğunu düşünən partiya sədri bildirib ki, həmin ərazilər ciddi nəzarətə götürülməlidir:

“Nə qədər ki, Qarabağda, o cümlədən Laçın-Şuşa yolunda bizim postlarımız, gömrük postları, hüquq- mühafizə orqanlarının nəzarət postları qurulmayıb, belə də olacaq. Oradan avtoritetlər də, oğrular da, banditlər də keçiriləcək. Biz dəfələrlə demişik və bu gün də öz fikrimizdə qalırıq. Biz Laçın-Xankəndi yolunda mədəni qaydada heç bir iş görə bilmərik. Laçın-Xankəndi yolunda keçirilən aksiya yaxşıdır. Amma onlar oradan keçən maşınları yoxlamır axı. Ona görə də indiki məqamda rus sülhməramlıları erməni avtoritetlərdən on min dollar alıb, onları rahatlıqla oradan çıxara bilirlər.

Eyni zamanda ermənilər terroristlərini bölgədən uzaqlaşdırmaq üçün rus sülhməramlılarına araq verirlər və razılaşırlar. Rusların xasiyyəti budur. Onlar terroristlərdir və çalışırlar ki, özləri kimi terroristlərə himayədarlıq etsinlər. Rusiyanın işğalçı qoşunun işi odur. Buna görə də aksiya ilə bərabər, oradan keçən maşınlar da yoxlanılmalıdır. Amma heç bir yoxlanış olmur və bütün günü oradan hesabat verirlər ki, 20-30 maşın keçdi. Neçə maşının keçdiyini yox, o maşının içində nə aparırlar onu demək lazımdır. Yoxlama olmadığı üçün də maşınların içində silah, erməni terroristləri və ermənilərə nə lazımdırsa, onu aparıb-gətirirlər.

Hafiz Hacıyev: “Neçə maşının keçdiyini yox, o maşının içində nə aparırlar onu demək lazımdır”.

Laçın-Xankəndi yolunda aksiya keçirib, oradan keçən maşınları saymaq düzgün yanaşma deyil. Mən düşünürəm ki, çox təcili sürətdə Xankəndinin səlahiyyətli nümayəndəsi təyin olunmalıdır. Xankəndinin yolları tamamilə Azərbaycanın hüquq-mühafizə orqanlarının nəzarətinə götürülməlidir. Eyni zamanda orada keçid postları qurulmalıdır. Əlbəttə ki, ermənilər üçün oralar bugün alver mənbəyidir. Ermənilərin xaricdən gələn milyarderləri üçün on min dollar nədir ki?

Bizdə olan məlumata görə, Laçın-Xankəndi yolundan müəyyən nüvə başlıqları olan raketləri də keçirirlər. Biz onlara hümanist mövqe göstəririk, amma onlar bizi dünyada terrorist dövlət kimi qələmə verirlər. Onlara yaxşılıq və pislik etməyin heç bir fərqi yoxdur. Dünya dövlətləri də araşdırma aparmadan ermənilərin yaydığı yalan məlumatlara inanır. Buna görə də heç bir dövlətdən qorxmadan Xankəndinə Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilməlidir. Həmin ərazilər ciddi nəzarətə götürülməlidir. Biz orada nəzarəti gücləndirməsək, nəticə heç də yaxşı olmayacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar