Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Parlamentinin Azərbaycana qarşı de-marşı nədən xəbər verir?

Avropa Parlamentində Azərbaycana qarşı qərəz dolu və obyektivlikdən kənar qətnamələrin qəbul edilməsi ötən həftənin əss siyasi hadisəsi oldu...

Politoloq: “Avropa ölkələri, ümumiliyətlə Avropa məkanı Azərbaycanla münasibətlərin dərinləşməsini və ziddiyyətli bir hala gəlməsini istəmir”.

Avropa dövlətləri, ümumiliyətlə Qərb dövlətləri yalnız və yalnız öz siyasətləri naminə hərəkət edirlər. Hesab edirəm ki, onlar bu gündən sonra da bu siyasətlərini davam etdirəcəklər”.

Bu sözləri politoloq Samir Hümbətov Avropa Parlamentində Azərbaycana qarşı etdiyi de-marşını PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftə Avropa Parlamentində Azərbaycana qarşı de-marş yaşandı. Avropa Parlamentində tam qərəz dolu və obyektivlikdən kənar qətnamələrin qəbul etməsi Avropa Birliyinin Azərbaycana qarşı yürütdüyü siyasətin dəyişməsinə səbəb ola bilərmi? Ümumiyyətlə, bu qətnamələrin qəbulu nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı mövzunu “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə öz-özlüyündə həm də bəzi Avropa dövlətləri ilə Azərbaycan arasında olan münasibətləri təhlükə altına qoyan hərəkətlər kimi dəyərləndirilə bilər”.

Belə bir vəziyyətdə bizim Avropanın Azərbaycana qarşı hər hansı bir ciddi addım atacağını, yaxud da siyasətinin dəyişəcəyini ciddiyə ala bilməyəcəyimizi vurğulayan politoloq PİA.az-a bildirib ki, Avropa Parlamentində qəbul edilən qərəzli qətnamələrin böyük əhəmiyyəti yoxdur:

Avropa Parlamenti Azərbaycanla bağlı anti-Azərbaycan ritorikalı qətnamə əvvələr də qəbul etmişdi. Yəni bu ilk dəfə deyil. Amma hesab edirəm ki, son qətnamələrin qəbul edilməsinin əslində iki başı var.

Birinci odur ki, Avropa Parlamenti bir növ orada olan erməni diasporasını, sakitləşdirmək istəyir. Müəyyən mənada da Azərbaycana qarşı az da olsa, təsir riçarqını əldə saxlamaq üçün bu qətnaməni qəbul edib. Aydın məsələdir, onlar özləri də yaxşı bilirlər ki, qəbul etdikləri qətnamə qərəz dolu qətnamədir. O qətnamədə reallığı əks etdirən bəndlər yoxdur. Hətta bilirlər ki, orada monitorinq etsələr görəcəklər ki, heç də orada qeyd edilən məsələlər öz əksini tapmır. Onu da rahat şəkildə deyə bilərik ki, yolun bağlanması rus sülhməramlıları tərəfindən həyata keçirilir. Azərbaycanlı ekofəallar sadəcə və sadəcə oradan yalnız humanitar məqsədli keçidlərə imkan verir.

İkinci isə odur ki, Avropa ölkələri, ümumiliyətlə Avropa məkanı Azərbaycanla münasibətlərin dərinləşməsini və ziddiyyətli bir hala gəlməsini istəmir. Çünki indiki məqamda, Rusiya-Ukrayan müharibəsi fonunda Avropanın enerjiyə olan tələbatının müəyyən bir hissəsinin Azərbaycan tərəfindən ödənilməsi məsələsi var. Üstəlik də Azərbaycanla Avropa dövlətləri arasında yeni enerji sazişlərinin imzalanması, yeni meqa layihələrin həyata keçirilməsi üçün sənədlərin imzalanması Avropa dövlətlərinin öz mənafeləri baxımından hərəkət etməyə sövq edir.

Samir Hümbətov: “İndiki məqamda, Rusiya-Ukrayan müharibəsi fonunda Avropanın enerjiyə olan tələbatının müəyyən bir hissəsinin Azərbaycan tərəfindən ödənilməsi məsələsi var”.

Buna görə də düşünürəm ki, belə bir vəziyyətdə biz Avropanın Azərbaycana qarşı hər hansı bir ciddi addım atacağını, yaxud da siyasətinin dəyişəcəyini ciddiyə ala bilmərik. Ona görə də Avropa Parlamentində qəbul edilən qərəzli qətnamələrin böyük əhəmiyyəti yoxdur. Avropa dövlətləri, ümumiliyətlə Qərb dövlətləri yalnız və yalnız öz siyasətləri naminə hərəkət edirlər. Hesab edirəm ki, onlar bu gündən sonra da bu siyasətlərini davam etdirəcəklər.

Qəbul edilən qətnaməni erməniləri uzaqlaşdırmaq üçün, yəni dediyiniz qətnaməni qəbul etdik ritorikası ilə qəbul edilmiş qətnamə kimi dəyərləndirilə bilər. Amma əlbəttə ki, bu cür qətnamələrin qəbul edilməsi də özlüyündə yaxşı hal deyil. Çünki bu Azərbaycanla olan əməkdaşlığa, tərəfdaşlığa zidd addımdır.

Bu baxımdan düşünürəm ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə öz-özlüyündə, həm də bəzi Avropa dövlətləri ilə Azərbaycan arasında olan münasibətləri təhlükə altına qoyan hərəkətlər kimi dəyərləndirilə bilər. Qəbul edilən qətnamələrə görə Avropa ölkələri ilə Azərbaycan arasında hər hansı bir məsələlərin həllində axsamalara gətirib çıxara bilər. Amma ümumi olaraq münasibətlərin axsaması o qədər də inandırıcı görsənmir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay