Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızdırma, baş ağrısı, səsin batması - Koronavirusun yeni “ikibaşlı it” ştammı yayılır

Böyük Britaniyada koronavirusun yeni ştammı - “Orthro” aşkar olunub.

Bu söz Yunan mifologiyasında “ikibaşlı it” anlamına gəlir.

Mütəxəssislərin fikrincə, “Kraken” ştammını əvəz edəcəyi gözlənilən “Orthro” mövcud variantlardan daha təhlükəli olmasa da, daha geniş yayıla bilər.

Sürətlə yayıldığı bildirilən bu yeni ştamm xüsusilə dekabr ayından etibarən Avropada varlığını hiss etdirməyə başlayıb.

“Omikron”un bir variantı olan “Orthro” və ya “Orthrus” ilk dəfə ötən ilin noyabrında Böyük Britaniyada aşkar edilib. Yanvar ayında bu ölkədə hər 5 yoluxmadan 1-i “Orthro” olub. Xəstəlik qızdırma, baş ağrısı və səsin batması kimi əlamətlərlə özünü göstərir. Daha ciddi bir xəstəliyə səbəb olacağına dair hələki hər hansı sübut yoxdur. Lakin tərkibində olan P681R mutasiyasının daha kəskin olduğu hallarda xəstəliyin ağır keçməsi mümkündür. Hazırda yüksək peyvənd nisbətləri səbəbindən bu ştamm riskli hesab edilmir. (oxu.az)

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ən çox oxunanalar