Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən sanksiyalara qarşı çıxdım” - Almaniyanın yeni müdafiə naziri kimdir?

Boris Pistorius Almaniyanın yeni müdafiə naziri olub…

Böhranın ən qızğın çağında alman hərbi qurumunun rəhbərliyinə “kəndli davranışlı və iti dilli” biri gətirilib. 62 yaşlı Boris Pistorius haqqında nə məlumdur?

PİA.az xəbər verir ki, Spiegel onlayn-a görə, regional siyasətçi Boris Pistorius təcili Berlinə uçmalı olacağına həqiqətən də inanmayıb

Almaniya kansleri Olaf Şolts hökumətində ilk istefa baş verdi. Kristin Lambrext cəmi 13 ay müdafiə naziri vəzifəsində qala bildi. O, dikdabanla zirehli gödəkçə geyinərək Malidəki səhrada parad keçirdi, rotaları və diviziyaları səhv saldı və təsadüfən müttəfiqlərin gizli planlarını ortaya qoydu. 57 yaşlı Lambrextin dediyinə görə, o, medianın sıx diqqəti səbəbindən” vəzifəsində getməyə məcbur olub.

Lambrextin əvəzinə Şolts SPD-nin başqa bir müttəfiqi, 62 yaşlı Boris Pistoriusu müdafiə departamentinin rəhbəri təyin etdi. Son on il ərzində Pistorius Aşağı Saksoniyada Daxili İşlər Nazirliyinə rəhbərlik edib və islamçılar, ifrat sağçılar və xarici hakerlərlə mübarizə aparıb. İndi o, böhranlı bir vaxtda Bundesverin yenidən təchiz edilməsi ilə məşğul olmalı və Ukraynaya ağır silahların verilməsində “qətiyyətsizliyə” görə tənqidlərə məruz qalacaq.

“Qırmızı general”

Pistoriusun özü müdafiə naziri təyin olunması ilə bağlı xəbəri Madeyradan tətildən qayıdarkən öyrənib. Şayiələrə görə, regional siyasətçi təcili Berlinə uçmalı olacağına həqiqətən də inanmayıb. Məsələ onda deyil ki, onun belə ambisiyaları yoxdur. Şoltsun seçimi sadəcə olaraq hökumətdə gender bərabərliyini qorumaq vədini pozub. İndi yeddi Kabinetdə 7qadın və doqquz kişi var.

“Sosial Demokrat Partiyası və Yaşıllar Partiyasındakı feministlər indi Şoltsu prinsipini pozduqlarına görə qınayacaqlar. Bununla belə, ehtimal etmək olar ki, Şolts yaxın zamanda Kabinetdə yeni dəyişiklik edəcək və hansısa kişi nazirin yerinə qadın gələcək”, deyə alman politoloqu Aleksandr Rahr Spiegel onlayn-a deyib.

Şolts və Pistorius bir-birlərini çoxdan tanıyırlar, lakin heç vaxt yaxın olmayıblar. 2019-cu ildə onlar hətta SPD-nin prezidentliyi uğrunda yarışda bir-biri ilə yarışdılar, deyə Spiegel onlayn xatırladır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ən çox oxunanalar