Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin aprel ayına qədər yarım milyon insanı müharibəyə yollayacaq…

Rusiyada yaxın həftələrdə yeni səfərbərlik dalğasının başlayacağı gözlənilir…

Rusiya prezidenti Vladimir Putin daha 500 min insanı Ukraynadakı müharibəyə səfərbər etmək niyyətindədir.

PİA.az xəbər verir ki, bu barədə The Times qəzetinin məlumatında bildirilir.

Nəşrin yazdığına görə, Rusiya hərbi komissarlıqlarında bununla bağlı “ciddi hazırlıqlar” həyata keçirilir. “Kreml qapalı sorğu keçirib və bu sorğunun nəticələrinə görə ruslar müharibədən narahatdırlar, buna baxmayaraq Rusiya cəmiyyəti məğlubiyyəti qəbul etmək istəmir”, deyə Qərb rəsmilərindən biri The Times-a bildirib.

Qəzet yazır ki, növbəti həftələrdə yeni səfərbərlik dalğası başlaya bilər. Apreldə onları Ukraynaya göndərməzdən əvvəl səfərbərlik elan edilənlərin hazırlığını başa çatdırmağı planlaşdırılır. Qərb kəşfiyyat mənbələrinin məlumatına görə, Rusiyada hesab edirlər ki, buzlar əridikdən sonra geniş miqyaslı hücuma başlamaq mümkün olacaq. Onların hesablamalarına görə, Ukrayna və Rusiyadan olan əsgərlərin sayı təxminən eynidir və buna görə də yeni komandir general Valeri Gerasimovla Rusiya Silahlı Qüvvələrinin komandanlığı yeni hücum əməliyyatları üçün say üstünlüyünə ehtiyac duyur.

Qeyd edək ki, bu həftə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov səfərbərliyin bərpası ilə bağlı şayiələrə “əhəmiyyət verməməyə” çağırıb.

Bundan əvvəl Baş Qərargah və FTX-ya yaxın iki əlaqəli olmayan mənbə Rusiya mətbuatına anonim açıqlamasında bildirib ki, bir sıra məğlubiyyətlərə və Rusiya ordusunun itkisinə baxmayaraq, Putin Kiyevi ələ keçirmək planlarından əl çəkmir. Məqsədinə çatmaq üçün o, itkilərdən asılı olmayaraq bir neçə il mübarizə aparmağa hazırdır.

The Times mənbələrə istinadən yazır ki, Rusiya hərbi rəhbərliyi gələn ilin yayına qədər səfərbər olunanlar arasında itkilərin təxminən 100 min nəfər olacağını proqnozlaşdırır: “Lakin bu, heç kimi qorxutmur, onları çağırışçılar əvəzləyəcək”.

Payız səfərbərliyi zamanı Rusiya Müdafiə Nazirliyi 300 minə yaxın insanı orduya çağırıb. Bu o deməkdir ki, Kremlin ən pis proqnozları özünü doğrultsa, gələn ilin yayına qədər səfərbər olunanların hər üçdə biri ya öldürüləcək, ya əsir düşəcək, ya da yaralanacaq.

Oktyabrın sonunda Amerika Müharibə Tədqiqatları İnstitutu (ISW) də 2023-cü ildə rusiyalı çağırışçıların cəbhəyə göndəriləcəyini proqnozlaşdırmışdı. May ayına qədər payız çağırışçıları artıq altı aylıq təlimi başa vurmuş və genişmiqyaslı işlərdə istifadə oluna biləcəklər, deyə məlumatda bildirilir.

Qyd edək ki, Ukraynada müharibə bir ilə yaxındır ki, davam edir. Bu müddət ərzində rus ordusu nəinki təcavüzünün vahid strateji məqsədinə nail ola bilməyib, həm də bir sıra ağrılı məğlubiyyətlərə məruz qalıb. \

Oxşar məlumatları noyabrın əvvəlində ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milley səsləndirib. Onun sözlərinə görə, Rusiya 100 mindən çox insanı yaralanıb və öldürülüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ən çox oxunanalar