Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əminə Cabbarova BMT-nin iclasında İranın məsuliyyətdən yayınmasının yolverilməz olduğunu bildirib

Rusiya artıq sanksiyaların təsirini hiss edib....

Ukrayna BMT dövlətlərini sülh formulunu dəstəkləməyə çağırıb. Təşkilatın məqsəd və prinsiplərinə əsaslanan plan bütün ölçülərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarova BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Çıxışı zamanı Ə.Cabbarova “şərin elçisi - Rusiya Federasiyasının nümayəndəsi Vasili Nebenzyanın hələ də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsüsündə olmasından” təəssüfləndiyini vurğulayıb.

O qeyd edib ki, Rusiya artıq sanksiyaların təsirini hiss edib. Onun fikrincə, işğalçı ordunun müasir silah və sursatları tükənir: “Hələ qalib gəlməsək də, Rusiya artıq uduzub”.

Cabbarovanın sözlərinə görə, Rusiyanın yekun məğlubiyyəti və demokratiyanın qələbəsi üçün Rusiya üçün xüsusi iqtisadi əhəmiyyət kəsb edən sektorlarda sanksiyaları gücləndirmək lazımdır. Söhbət xüsusilə neft-qaz embarqosundan və Rusiya banklarının qlobal maliyyə sistemindən qoparılmasından gedir.

Rusiyaya hərbi cinayətlər törətməyə kömək edənlərin məsuliyyətdən yayınmasının yolverilməz olduğunu bildirən Əminə Cabbarova bunun Belarus və İrana şamil edildiyini vurğulayıb.

Ukrayna nümayəndəsi bir daha BMT Katibliyini pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı araşdırma aparmaq üçün ekspertlər göndərməyə çağırıb.

Ə.Cabbarova əlavə edib ki, son hesablamalara görə, Ukraynanın mülki və mühüm infrastrukturuna dəyən zərərin ümumi məbləği 127 milyard dolları ötür.

Qeyd edək ki, Ukrayna XİN başçısı Dmitro Kulebanın birinci müavini olan Əminə Cabbarova bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar