Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" vəsiqələri təqdim olunub

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun Vətən müharibəsindəki tarixi Qələbəsi Azərbaycanın gücünü bir daha dünyaya nümayiş etdirdi

2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi illər ötsə belə hər zaman Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan müharibə kimi xatırlanacaq. Ən əsası da ölkə vətəndaşı olaraq hər birimiz tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, müharibə iştirakçılarına minnətdar olacağıq.

Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitləri 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdilər. 27 sentyabrda başlayan Vətən müharibəsində respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da minlərlə gənc könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sıralarına yazıldı. Gənclərin hər biri böyük ruh yüksəkliyi və qürurla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qazax Rayon Şöbəsinə axın etdilər.

Yanvarın 6-da Vətən müharibəsində iştirak edən qəhrəman oğullarımıza “Müharibə veteranı” vəsiqələri təqdim olunub.

Qazax Gənclər evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Veteran adlarının və vəsiqələrinin verilməsi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Elbrus Mehdixanov, nazirliyin digər əməkdaşları və müharibə iştirakçıları iştirak ediblər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək qonaqları və müharibə iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Birinci müavin Məmməd Alıyev şəhidlərimizin hər zaman bizim fəxr, qürur yerimiz olacağını söyləyib. Qalib ölkənin vətəndaşı olaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, müharibə iştirakçılarına borclu olduğumuzu qeyd edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Veteran adlarının və vəsiqələrinin verilməsi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Elbrus Mehdixanov çıxış edərək Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun adından salamlayıb, xoş arzularını çatdırıb. E.Mehdixanov müharibə iştirakçılarına "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi prosesinin mərhələli şəkildə icra olunduğunu vurğulayıb.

Sonra müharibə iştirakçılarına “Müharibə veteranı” vəsiqələri təqdim edilib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar