Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Azərbaycanla Qarabağ erməniləri arasında gərginlik yaratmaq siyasəti... - Rusiya nə istəyir?

Rusiya sülhməramlıları ekoaktivistlərin haqlı tələblərini iqnor edir və gərginliyin artmasına səbəb olurlar...

Politoloq: “Ekofəalların etiraz aksiyaları Azərbaycan məqsədinə nail olacağına kimi davam etməlidir”.

“Ruben Vardanyanın Xankəndinə göndərilməsi prosesdə qızışdırıcı mövqe tutması məhz sülh prosesinin ənəgəllənməsinə yönəlib”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiya sülhməramlılarının ekoaktivistlərin haqlı tələblərini iqnor etmələrinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan ekoaktivistləri artıq 25-ci gündür ki, Şuşa yolunda öz etirazlarını davam etdirirlər. Bilirik ki, ekoaktivistlərin haqlı tələblərinin yerinə yetirilməsi ermənilərdən daha çox sülhməramlıların imkanları və səlahiyyəti daxilindədir. Lakin Rusiya sülhməramlıları ekoaktivistlərin haqlı tələblərini iqnor edir və gərginliyin artmasına səbəb olurlar.

Moskvanın bu siyasəti, yəni Azərbaycanla Qarabağ erməliləri arasında gərginliyi yüksək həddə saxlamaq səyləri nədən xəbər verir və Rusiya nəyə can atır?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Qarabağda Rusiya sülhməramlı qüvvələrinin qalması polimikatir və Azərbaycan onların davamlı qalmasına imza atmayacaq”.

Azərbaycanın bu məsələni Türkiyənin siyasi dəstəyi ilə çözəcəyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiya bir müddətdən sonra Qafqazdan da gedəcək:

“Ekofəalların etiraz aksiyaları Azərbaycan məqsədinə nail olacağına kimi davam etməlidir. Bunun alternativi yalnız burada nəzarət buraxılış məntəqəsinin qurulmasıdır. Bəli, Rusiya ermenilərlə Azərbaycan arasında düşmənçiliyin davam etməsində maraqlıdır. Eyni zamanda Qarabağda söz sahibi sülhməramlı qüvvələrdir. Onlar monitorinqin keçirilməsinə imkan vermirlər. Birbaşa da təlimat Kremldən verilir.

Bizə maneəçilik edən məhz Moskvadır. Ruben Vardanyanın Xankəndinə göndərilməsi prosesdə qızışdırıcı mövqe tutması məhz sülh prosesinin ənəgəllənməsinə yönəlib. Azərbaycan yalnız güc yolu ilə Xankəndi və digər ərazilərdə nəzarəti bərpa edəcək. Bu problem danışıqlar prosesində həll edilməyən məsələdir. Rusiyada kifayət qədər bundan istifadə edir. Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə nəzər saldıqda görünür ki, məhz konkret olaraq ermənilərin müdafiəçiləri kimi çıxış edir.

Onların təminat maşınlarında da baxış keçirilməlidir. Həmin maşınlarda silah sursat daşıması və bunu silahlı erməni birləşmələrinə ötürülməsi həyata keçirilə bilər. Azərbaycan bu məsələni Türkiyənin siyasi dəstəyi ilə çözəcək və Rusiya bir müddətdən sonra Qafqazdan da gedəcək. Qarabağda Rusiya sülhməramlı qüvvələrinin qalması polimikatir və Azərbaycan onların davamlı qalmasına imza atmayacaq.

Rusiya çalışır ki, Qarabağda statusu olsun və daima olaraq regionda qalsın. Bu isə mümkünsüzdür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay