Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadələr Harri və Uilyam Meqana görə əlbayaxa olublar…

Şahzadə Harri Meqan Markle görə qardaşı Uilyam ilə əlbayaxa olmasından danışıb…

PİA.az xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.

The Guardianşahzadə Harrinin xatirələrinə istinadla xəbər verir ki, Sasexs hersoqu Harri, böyük qardaşı, Uels şahzadəsi Uilyamın aktrisa Meqan Markl ilə evliliyinə görə münasibətlərinin pozulduğundan və buna görə də iki qardaşın dalaşıblar. Hadisənin 2019-cu ildə baş verdiyi bildirilir.

Xatirələr kitabında Harri yazıb ki, Uilyam bir dəfə mətbuatda onların kral ailəsi ilə gərgin münasibətləri və qalmaqalların işıqlnadırılmasını müzakirə etmək üçün onu Nottingem Kottecində görməyə gəlib. Söhbət zamanı qonaq Meqanı çətin yola gedilən və kobud adlandırıb. Bundan sonra isə iki qardaş tutuşublar. Harrinin sözlərinə görə, Uilyam onun yaxasından tutub yerə yıxıb.

“O əlindəki suyu yerə qoydu, məni başqa adla çağırdı, sonra yanıma gəldi. Hər şey çox tez baş verdi. Çox sürətli. Yaxamdan tutdu, boyunbağımı qırıb yerə yıxdı. Mən itin yem qabının üstünə yıxıldım və sınan qabın qırıntıları kürəyimi deşdi. Mən qardaşımın bu hıərəkətindən mat qaldım, sonra ayağa qalxdım və ondan çıxıb getməsini tələb etdim”, deyə Harri memuarında yazıb.

Şahzadə əlavə edib ki, Vilyam uşaqlıqda aralarında olan mübahisələri xatırlayaraq, cavab zərbəsi endirmək istəyib, lakin bunu etməyib. Harrinin dediyinə görə, qardaş gedib, lakin sonradan “təəssüf və üzrxahlıqla” geri qayıdıb.

Qeyd edək ki, şahzadə Harrinin “Ehtiyatda olan” adlı memuar kitabı yanvarın 9-da işıq üzü görəcək. Yanvarın 10-da isə kitab mağazalarda satılacaq.

Bir müddət əvvəl isə Netflix Harry və Meghan haqqında sənədli film yayımlamış və bu film Bukingem Sarayını çalxalamışdı.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar