Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hulusi Akar rusiyalı və suriyalı həmkarları ilə müzakirə etdiyi məsələni açıqlayıb

Rusiya və suriyalı həmkarlarımla üçtərəfli görüşdə Suriya və regiondakı durumun ən qısa müddətdə müsbət istiqamətdə inkişaf etməsi, sülhün, sabitliyin təmin olunması üçün hansı addımların atılmasının lazım olduğunu müzakirə etdik”.

"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Rusiyanın paytaxtı Moskvada keçirilən görüşdə məsələ ilə bağlı Türkiyənin mövqeyi ortaya qoyulub.

H.Akarın sözlərinə görə, iclasda müzakirə edilən ən əsas məsələlərdən biri terrorla mübarizə olub: "Başda Suriyaİraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə, suverenliyinə hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu və başqa bir məqsədimizin olmadığını bildirdik. Suriya üçün təhdid olan PKK/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyimizi ifadə etdik. Ölkəmizin, millətimizin və sərhədlərimizin təhlükəsizliyi üçün səy göstərdiyimizi söylədik".

Türkiyənin milli müdafiə naziri həmçinin deyib ki, qarşıdakı günlərdə həyata keçiriləcək addımlar regionda və Suriyada sülhün və sabitliyin təmin olunmasına ciddi töhfə verə bilər: "Üçtərəfli müzakirələrin davam etməsi ilə bağlı razılığa gəldik. Arzumuz ən qısa müddətdə regionda sülhün və sabitliyin təmin olunmasıdır. Bunun üçün bu günə qədər elədiyimiz kimi bundan sonra da öhdəliyimizə düşəni yerinə yetirəcəyik".

Qeyd edək ki, ötən gün Moskvada Türkiyənin milli müdafiə naziri Hulusi Akarla rusiyalı və suriyalı həmkarları Sergey Şoyqu və Əli Abdullah Əyyub arasında üçtərəfli görüş keçirilib.

pia.az


Etiket: Hulusi Akar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay