Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saratovda, “Engels” aerodromunun ərazisində patlayışlar baş verib - Video

Bazar günündən bazar ertəsinə keçən gecə Saratovdakı “Engels” aerodromunun yenidən hücuma məruz qaldığı bildirilir. İlkin məlumatlara görə 3 nəfər həlak olub…

PİA.az xəbər verir ki, sosial şəbəkələr və teleqram kanalları yerli sakinlərə istinadən Saraov vilayətində yerləşən strateji “Engels” aerodromunun yaxınlığında partlayışlar barədə məlumat yayıb.

Partlayışlarla bağlı Saratov vilayətinin qubernatoru Roman Busarqin iddia ediB ki, sakinlər üçün heç bir təhlükə yoxdur, hərbi obyektdə insidentlə bağlı məlumat yoxlanılır.

“Осторожно, новости” teleqram kanalı yerli sakinlərə istinadən xəbər verir ki, bazar ertəsi, dekabrın 26-na keçən gecə Engelsdə ehtimal ki, aerodromda partlayışdan (yaxud partlayışlardan) sonra həyəcan siqnalı işə düşübə

Baza, teleqram kanalı isə mənbəyə istinad etmədən, partlayış nəticəsində 3 nəfərin öldüyünü, 4 nəfərin isə yerləşdirildiyini bildirib. Baza-nın bildirdiyinə görə Saratovda fövqəladə vəziyyət elan edilib və və 120 kvadratmetrlik yanğın baş verib.

The Bell qəzetinin Rusiya versiyası isə yazır ki, Engelsdəki aerodrom “Rusiyanın nüvə “triadası”na daxil olan strateji aviasiyanın əsas bazasıdır”.

Saratov vilayətinin qubernatoru Roman Busargin teleqram kanalında yazıb ki, şəhərin yaşayış massivlərində fövqəladə vəziyyət yoxdur. Onun sözlərinə görə, “sakinlər üçün qətiyyən təhlükə yoxdur”. O, şəhərdən təxliyə ilə bağlı yayılan xəbərləri ölkə hüdudlarından çox-çox kənarda yaradılan açıq-aşkar yalan adlandırıb.

Qubernator həmçinin qeyd edib ki, mülki infrastruktur obyektlərinə ziyan dəyməyib, hüquq-mühafizə orqanları hərbi obyektdə insidentlə bağlı məlumatları yoxlayır.

“Xatırladıram ki, bilərəkdən yalan məlumatın yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Bununla bağlı saytlarda, KİV-də və vətəndaşlarda olan bütün məlumatlar dərhal hüquq-mühafizə orqanlarına göndərilir”, deyə o vurğulayıb.

Müdafiə Nazirliyi hələlikEngels” aerodromundakı fövqəladə vəziyyətlə bağlı məlumatı şərh etməyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar