Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil təqdim edilib...

Bu barədə nazirlikdən məlumat verilib.

Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb.

O, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramından bəhs edib.

Qeyd olunub ki, proqram çərçivəsində nazirlik tərəfindən şəhidlərimizin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 121 min şəxsə sosial dəstək yönümlü 260 min xidmət göstərilib.

Sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4300 mənzil və fərdi ev verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13100 mənzil və fərdi ev təqdim edilib.

Mənzillərlə təmin edilən vətəndaşlar dövlət tərəfindən daim dəstəklə əhatə olunduqlarını bildirib, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Yanacaq filtrinin tutulmasının əlamətləri nələrdir?

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Ən çox oxunanalar