Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ yenidən separatçılara vəsait ayırdı - Bu vəsaitə mina təmizlənəcək, yoxsa mina basdırılacaq?

ABŞ 2023-cü ildə minaların təmizlənməsi istiqamətində separatçılara 2 milyon dollar ayrılıb...

Politoloq: “ABŞ dövləti qurulandan nəiinki regiona, dünyaya təhdididir. Çünki imperialist dövlətdir və hal-hazırda dünyanın bir nömrəli imperiyasıdır”.

“Bir tərəfədən ABŞ guya Azərbaycana dost ölkədir, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, dəstəkləyirlər. Digər tərəfdən də ABŞ Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazilərindəki separatçılar müxtəlif adlarla maliyyə yardımı edir”.

Bu sözləri politoloq Əhəd Məmmədli ABŞ-ın yenidən separatçılara vəsait ayırmasını PİA.az-a şərh edərkən qeyd edib.

Erməni lobbisi ənənəvi olaraq ABŞ-ın separatçılara vəsait ayırmasına nail oldu. 2023-cü ildə minaların təmizlənməsi istiqamətində separatçılara 2 milyon dollar pul ayrılıb. Şübhə yoxdur ki, ayrılan vəsait minaların təmizlənməsinə deyil, əksinə, minaların daha geniş həcmdə istehsalına və basdırılmasına xidmət edəcək. Humanitar yardım adı altında ayrılan ianə və pullar erməni separatçılarının silahlanmasına xidmət edir.

Bəs ABŞ bu addımın region üçün böyük təhdid olduğunu bilə-bilə niyə belə qərar qəbul edir?

ABŞ-ın separatçıları dəstəkləməsi addımını PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “ABŞ-ın separatçılara, terrorçulara kömək etməsində təəccüblü heç nə yoxdur”.

Azərbaycanın müsəlman ölkəsi olduğunu xatırladan politoloq bildirib ki, müsəlman ölkəsi kimi də, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyinə görə, ölkəmizə qarşı qeyri-müsəlman ölkələri tərəfindən böyük bir cəhbə yaranıb:

ABŞ dövləti qurulandan nəyinki regiona, dünyaya təhdididir. Çünki imperialist dövlətdir və hal-hazırda dünyanın bir nömrəli imperiyasıdır.

ABŞ-ın separatçılara, terrorçulara kömək etməsində təəccüblü heç nə yoxdur. Bir tərəfədən ABŞ guya Azərbaycana dost ölkədir, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, dəstəkləyirlər. Digər tərəfdən də ABŞ Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazilərindəki separatçılar müxtəlif adlarla maliyyə yardımı edir. Bu da bir daha onu göstərir ki, ABŞ-ın dedikləri ilə əməlləri eyni deyil.

Qeyd edim ki, 19-cu əksin ortalarından demək olar ki, müsəlman ölkələri güclərini itirdilər. Osmanlı xilafəti dağılandan sonra da müsəlman ölkələri xristian ölkələrinin müstəmləkəçilik oldular. Müsəlman ölkələri nə vaxt öz hüquqlarını müdafiə etməyə başladılar, onlara qarşı böyük bir cəhbə yarandı. Azərbaycan da müsəlman ölkəsidir. Müsəlman ölkəsi kimi də Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyinə görə, ölkəmizə qarşı qeyri-müsəlman ölkələri tərəfindən böyük bir cəhbə yaranıb.

Bu da onun göstəricisidir ki, dünya ədalətsizdir. Buna görə də Azərbaycan Türkiyə ilə birlikdə güc almalıdır ki, ona qarşı yaranan ədalətsizliklərin qarşısını ala bilsin”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay