Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri ilə görüşüb - Foto

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb...

Türkiyə Respublikasında keçirilən Türk Dövlətləri Təşkilatının Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün Ankarada səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu ilə görüşüb.

Bu barədə FHN-dən məlumat verilib.

Görüşdə məmnunluqla vurğulanıb ki, iki qardaş ölkənin liderlərinin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə sürətlə genişlənir. İstər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qardaş Türkiyə tərəfindən ən yüksək səviyyədə mənəvi və siyasi dəstəyin verilməsi, istər ötən ilin yayında Türkiyədə baş vermiş dəhşətli meşə yanğınları ilə mübarizədə Azərbaycanın göstərdiyi həmrəylik bu qardaşlıq münasibətlərinə bariz nümunədir.

Görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən birgə təlim və kursların təşkili məsələləri geniş müzakirə olunub. Ankara şəhərində yüksək səviyyədə təşkil olunmuş Türk Dövlətləri Təşkilatının Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşünün əhəmiyyəti qeyd olunub, bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin, xüsusilə fövqəladə hallarla mübarizə üzrə əlaqəli fəaliyyətin təşkili məqsədilə Türk Dövlətlərinin Mülki Müdafiə Mexanizminin yaradılmasının vacibliyi vurğulanıb.

Həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi ilə əlaqədar hazırlığın təmin olunması məsələlərində Türkiyə tərəfinin dəstəyi yüksək qiymətləndirilib və bu istiqamətdə işlərin uğurla davam etdiriləcəyinə əminlik bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar