Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqres Rusiyanın BMT TŞ-dən çıxarılmasına baxacaq, Moskvanın yerini isə Kiyev tuta bilər...

ABŞ Konqresi Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasına dair qətnaməni müzakirə edəcək…

PİA.az xəbər verir ki, bu barədə Foreign Policy qəzeti məlumat verib. Nəşr qeyd edib ki, sənəd məcburi xarakter daşımasa da, Rusiyanın nüfuz dairəsinin daraldılmasını hədəfləyir.

ABŞ Konqresinin Helsinki Komissiyasının üzvləri, konqresmenlər Stiven Koen və Co Uilson parlamentə ABŞ prezidenti Konqresə Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən kənarlaşdırmağa çağıran qətnamə təqdim ediblər.

Qətnamədə deyilir ki, ABŞ Konqresi Rusiyanın BMT Nizamnaməsini “kobud şəkildə pozması”na, o cümlədən Ukrayna ərazisinin bir hissəsinin qanunsuz ilhaqına cəhdinə, Ukraynada mülki əhaliyə qarşı cinayətlərə və nüvə müharibəsi təhlükələri yaratdığına görə Rusiyanın Təhlükəsizlik Şurasına daimi üzv olmaq hüququnu şübhə altına alır.

Qeyd edək ki, BMT Nizamnaməsində bir ölkənin Təhlükəsizlik Şurasına daimi üzvlüyündən məhrum edilməsi imkanları nəzərdə tutulmur. Lakin buna baxmayaraq bu prosedur Baş Assambleya üzvlərinin üçdə ikisinin razılığı və Təhlükəsizlik Şurasının yekdilliklə təsdiqini tələb edir.

Qətnamə məcburi xarakter daşımır, lakin bu təşəbbüs Rusiyanın BMT-də təsirinin məhdudlaşdırılması məsələsinin müzakirə olunduğu Konqres və Ağ Evdəki əhval-ruhiyyəni əks etdirir, deyə Foreign Policy qeyd edir. Əsas ideya isə Rusiyanın BMT-də Sovet İttifaqının hüquqi varisi statusunu tanımaamqdan ibarətdir.

Qeyd edək ki, BMT-nin təsisçi dövlətlərindən biri olan SSRİ-ni bu təşkilatda qurucu üzv olaraq Rusiya, Ukrayna və Belarus təmsil edib. Ukrayna SSRİ-nin bu üç varisi dövlətindən BMT Nizamnaməsini pozmayan yeganə dövlət kimi Təhlükəsizlik Şurasına üzv olmaq hüququnu bəyan edə bilər və bu da Təhlükəsizlik Şurasının daimi üzvü kimi Kiyevə nümayəndəlik səlahiyyətlərini verir.

Bildirilir ki, nəzəri cəhətdən belə səlahiyyətlərin təsdiqi üçün BMT Təhlükəsizlik Şurasının yalnız doqquz üzvünün razılığı lazımdır. Planın mümkünlüyü Rusiyanın daimi üzvlük hüququnun şübhə altına alınmadığı otuz illik presedentə görə mütəxəssislər arasında müzakirə mövzusu olaraq qalır.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar