Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neymarın korrupsiya və dələduzluq işi üzrə hökm oxundu

DİS Qrupu tərəfindən irəli sürülən iddialar dəlil olmadığı üçün rədd edilib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspaniya məhkəməsindən verilən açıqlamaya görə, Fransa 1-ci Futbol Liqası komandalarından biri olan Paris Saint-Germain (PSJ) klubunda çıxış edən braziliyalı ulduz futbolçu Neymar 2013-cü ildə Santosdan Barselona transferində korrupsiya və fırıldaqçılıq ittihamı ilə açılan iddiadan bəraət alıb.

Bu qərardan sonra Neymar və onun atası, Barselonanın keçmiş klub prezidentləri Sandro Rosell və Xosep Mariya Bartomeu onlara qarşı irəli sürülən ittihamlardan bəraət alıblar.

Neymar hələ 17 yaşında olarkən onun transfer hüququnun 40%-ni alan “DIS Group” bu futbolçunun Barselona ilə anlaşaraq başqa komandalara təklif verməsinin qarşısının alındığını və onun transfer haqqını ala bilməyəcəyini iddia edərək məhkəməyə müraciət edib.

Yalnız Neymarın anasına qarşı ittihamları geri götürən DIS braziliyalı futbolçu üçün 5 il və 159 milyon avro, Barselonanın keçmiş klub prezidentləri Sandro Rosell və Josep Maria Bartomeu üçün 5 il həbs, 6 il idman meneceri vəzifələrindən uzaqlaşdırılma və 195 milyon avro cəza tələb etmişdi.

Qeyd edək ki, oktyabr ayında prokurorluğun bütün ittihamları geri götürməsindən sonra qərara etiraz edən “DIS Group” vəkilləri bu dəfə Neymara 2,5 il həbs cəzası verilməsi üçün müraciət ediblər.

pia.az


Etiket: Neymar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar