Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kristiano Ronaldoya böyük dəstək

Mbappeden Ronaldo ilə bağlı maraqlı şərh...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2022 FIFA Dünya Kubokunda Portuqaliya Kristiano Ronaldo ilə turnirin sürpriz komandası Mərakeşə 1-0 uduzub və Qətərdəki macərası sona çatıb. Bundan sonra Kristiano Ronaldo göz yaşlarını saxlaya bilməyib.

37 yaşlı ulduz əfsanəsi olduğu “Mançester Yunayted”dən həm məşqçisi Erik ten Haqla, həm də rəhbərliklə yaşadığı problemlərə görə dünya çempionatının əvvəlində ayrılıb. Çətin anlar yaşayan Ronaldo Portuqaliya Milli Komandasında əvəzedici oyunçu olub.

Meydanı ağlayaraq tərk edən oyunçu deyib:

“Portuqaliya ilə dünya kubokunu qazanmaq karyeramın ən böyük və ən ehtiraslı arzusu idi. Mən əlimdən gələn hər şeyi verdim. Meydanda hər şeyi sınadım. Heç vaxt mübarizədən qaçmadım və xəyalımdan əl çəkmədim. Təəssüf ki, bu arzum gerçəkləşmədi. Qəzəbli bir reaksiya vermək işə yaramazdı. Mən sadəcə hər kəsin bilməsini istəyirəm ki, çox deyilib, çox yazılıb, çox fərziyyələr edilib, lakin mənim Portuqaliyaya bağlılığım bir an belə dəyişməyib. Mən həmişə bu ölkənin hədəfləri uğrunda mübarizə aparmışam. Mən heç vaxt ölkəmdən, komanda yoldaşlarımdan üz çevirməmişəm. Hələlik deyiləcək çox şey yoxdur. Təşəkkürlər, Portuqaliya. Təşəkkürlər, Qətər. Xəyalım hələ davam edərkən gözəl idi. İndi isə zaman ən böyük bələdçimiz olacaq. Hər kəs öz dərsini alacaq”.

Mbappedən maraqlı şərh

1/4 finalda İngiltərəni mübarizədən kənarlaşdıran və adını yarımfinala yüksəldən Fransanın ulduzu Kilian Mbappedən Ronaldoya maraqlı bir şərh gəlib. Ronaldonun rəqibi Lionel Messi ilə Fransanın PSJ komandasında çıxış edən 23 yaşlı ulduz Ronaldonun paylaşımına “Kral tacı”, “Təşəkkür” və keçi smaylikləri ilə şərh verib.

Mbappenin bu şərhi qısa zamanda yüz minlərlə bəyənmə toplayıb.

pia.az


Etiket: Mbappe Ronaldo

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar