Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan antiRusiya sanksiyalarına qoşulub - Bu iddia ilə Reuters çıxış edib...

SOCAR Türkiyə neft emalı zavoduna Rusiya xammalının tədarükünü dayandırıb...

Azərbaycanın dövlət neft şirkəti SOCAR Türkiyənin neft emalı zavodu üçün Rusiya xam neftinin alışını dayandırıb.

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyi xəbər yayıb. Agenliyin xəbərinə görə, bu addımı sənaye mənbələri Qərbin sanksiyalarının AvropaABŞ xaricində sabit axınlara təsir etməyə başladığının əlaməti olaraq şərh ediblər.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyanın dəniz yolu ilə xam neft idxalına qarşı embarqosu dekabrın 5-də qüvvəyə minib və eyni zamanda, “Böyük yeddilər”in (G7) barelinin qiyməti 60 dollardan yuxarı olan Rusiya neftinin daşınması üçün Aİ-nin daşıma xidmətlərindən istifadəyə də qadağa qoyulub.

Türkiyənin neft emalı zavodları, o cümlədən ARDNŞ-nin sutkada 214.000 barel (bpd) neft hasil edən STAR zavodu Rusiyanın fevralın sonunda Ukraynanı işğal etməsindən sonra Rusiya xam neftinin alışını artırmışdı.

Qeyd edək ki, Türkiyə qiymət həddi razılaşmasına qoşulmayıb və Rusiya şirkətləri bu məhdudiyyəti nəzərə almadan ölkəyə neft sata bilər.

Bununla belə, “Refinitiv Eikon” qlobal satış şəbəkəsinin məlumatlarına görə, Rusiyadan Türkiyəyə axın keçən aydan bəri ən aşağı səviyyəyə düşməyə başlayıb və mənbə bildirib ki, SOCAR Qərbin sanksiyalarına riayət etmək üçün vəziyyəti nəzərdən keçirir. SOCAR-ın Cenevrədə yerləşən ticarət qolu STAR üçün xam neft tədarükünü idarə edir.

“Refinitiv Eikon”un gəmiləri izləmə məlumatlarına görə, Rusiyanın əsas ixrac sortu olan “Urals” neftinin Türkiyəyə axını avqust-oktyabr aylarnda sutkada 300,000 barel olsa da, noyabr ayında sutkada 170,000 barelə qədər azalıb.

Məlumatlar göstərir ki, STAR neft emalı zavodu noyabrda əvvəlki üç ayl müqaisədə (sutkada 170,000) sutkada cəmi 73,000 barel istifadə edib. STAR neft emalı zavodu üçün sonuncu məhsul isə noyabrın 20-də yola düşüb.

Mənbə: Reuters

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay