Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün brifinqi 2 – “Göz dağı”

Bu təlimlər Araz çayı sahilində “şpaqat” açan SEPAH generallarına və bu “şpaqat”dan sonsuz sevinç hiss edən erməni dığalarına “göz dağı” oldu…

Bütün İran-Azərbaycan sərhədi boyunca Azərbaycan və Türkiyə hərbiçilərinin keçirdiyi “Qardaş yumruğu” təlimləri Ermənistana və İrana dərs oldu.

“Qardaş yumruğu” təlimləri Araz çayı boyunca hər bir Azərbaycan vətəndaşının ürəyinə qorxu toxumu səpmək üçün hərbi təlim keçən SEPAH-a və “müsəlman şiə qardaşlarına” “göz dağı” vermək üçün təlim meydanında, əsgərləri önündə “şpaqat” açan iranlı generallar üçün əsil “göz dağı” oldu. Həmçinin iranlı generalın “açdığı şpaqatdan” dolu-dolu sevinən ermənilər üçün də…

“Qardaş yumruğu” təlimləri bir daha Tehranın düşünülməmiş və yanlış siyasət yürütdüyünü ortaya qoydu. Çünki İran və farslar ermənilərlə dost olduqları kimi bizimlə dost olmağı bacara bilərdilər. Əgər səmimi ola bilsəydilər…

Amma səmimi ola bilmədilər. Daha əvvəl xəyanətlərini “şiə qardaşlığı” arxasında gizlətməyə çalışırdılar. İndi isə buna da ehtiyac görmürlər. Sırtıqcasına, erməniyə qardaş, məzhəb “qardaşlarına” isə düşmən deyirlər. Olsun. Bu bizim üçün zərərli deyil. Ən azından dünən düşmən olsa da, bizə dost deyən, indi maskasını bir kənara tullyaraq bizə düşmən deyir. Demək ki, əslində öz daxili inançlarında atəşpərəst və bütpərəst olan farslarla artıq bir yerdə ibadətimiz də olmayacaq və bu əslində çox gözəl bir şeydir.

“Qardaş yumruğu” təlimlərinin kuliminasiya nöqtəsi isə bu gün oldu. Azərbaycan və Türkiyə prezidentlərinin təlim iştirakçılarına müraciəti düşmənimiz Ermənistana və düşmənimizin dostu olan İrana çox böyük “göz dağı” oldu.

Bu müraciət İran ordusunun Araz çayını keçmək həvəsini bir dəfəlik öldürəcək. Çünki Araz sahilində “şpaqat açanlar” çayı keçən kimi nəylə üzləşəcəklərini artıq bilirlər. İndi artıq biz “şirin quyruğunu” bastasaq da, şir bizə tərəf dönüb baxmağa belə cəsarət etməyəcək…

P .S. Təlimlərin başqa bir tərəfi isə Türkiyədən gələn F16-lar oldu. F16-lar Azərbaycan-Türliyə Birliyinin təkcə İrana deyil, bütün dünyaya mesajıdır…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib

Ən çox oxunanalar