Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DÇ-2022: Neymarın Peleyə çatmağına bir qol qalıb

Neymarın Peleyə çatmağına bir qol qalıb...

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunda Braziliya yığmasının heyətində 76-cı qolunu vuran Neymar əfsanəvi Pelenin rekorduna bir addım da yaxınlaşıb.

PİA.az "report"a istinadən bildirir ki, PSJ-nin oyunçusu daha bir dəfə fərqlənsə, millinin heyətindəki qolların sayına görə Pele ilə rekorda şərik olacaq.

Bundan əlavə, sözügedən oyunda Neymar və "pentakampeonlar"ın digər hücumçusu Vinisyus Junior unikal nailiyyətə imza atıblar. Belə ki, dünənki matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Neymar tarixdə üç mundialda adını tabloya yazdıran üçüncü braziliyalı olub. 30 yaşlı forvard DÇ-2014 və DÇ-2018-də də fərqlənməyə macal tapıb. Ona qədər Pele (1958, 1962, 1966, 1970) və Ronaldo (1998, 2002, 2006) minimum üç dünya çempionatında qol vurub.

"Sambaçılar"ın 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada hesabı açan Vinisyus DÇ-2014-də fərqlənən komanda yoldaşı Neymardan sonra Braziliya millisinin ən gənc qolçusu olub.

Neymar 8 il əvvəl Xorvatiya ilə qarşılaşmada 22 yaş 127 günlüyündə rəqibi məyus edibsə, Vinisyus bunu 22 yaş 146 günündə reallaşdırıb.

pia.az 


 
 
  
 
 
 


Etiket: Neymar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar