Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Putinlə danışmaq istəyir, ancaq bunu Putin istəmir…

Makron isə vahid cəbhədə çıxış etmək tərəfdarıdır…

Prezident Co Bayden cümə axşamı Fransa prezidenti Emmanuel Makronla birlikdə Moskvanın Ukraynaya qarşı müharibəsdə vəhşiliklərinə qarşı hiddətlərini vurğulasalar da, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazırdır.

PİA.az xəbər verir ki, bu barədə ABŞ-ın usatoday.com saytı məlumat yayıb.

Ağ Evdə keçirilən mətbuat konfransında Bayden və Makron Putinin Ukraynaya qarşı müharibəsinə qarşı atılacaq addımlarda həmrəy olduqlarını vurğulayıblar və müharibəyə qarşı çıxan digər NATO müttəfiqləri ilə birlikdə olmağa davam edəcəklərinə söz veriiblər.

Bayden, mətbuat konfransında, “Biz bu vəhşiliyə qarşı birlikdə dayanacağıq və Ukrayna xalqına güclü dəstəyi davam etdirəcəyik” deyib.

ABŞ prezidenti qeyd edib ki, o, hazırda Putinlə əlaqə saxlamaq niyyətində deyil, ancaq Putin “müharibəyə son qoymağın yollarını axtarmağa qərar verərsə”, Rusiya lideri ilə görüşməyə hazırdır.

“O isə hələ bunu etməyib”, deyə Bayden sözlərinə əlavə edib.

Baydan fikrini davam edərək bildirib ki, əgər bu, baş versəydi, o, nə istədiyini görmək üçün Putinlə danışmaqdan şad olar, ancaq bunu Fransa da daxil olmaqla NATO müttəfiqləri ilə məsləhətləşmələr aparandan sonra edər.

ABŞ-a dövlət səfərinə gedən Makron isə deyib ki, o və Bayden gələcək həftələrdə və aylada Ukrayna ordusuna və Ukrayna xalqına dəstəyini gücləndirməyi planlaşdırır. Makron bildirib ki, ABŞ-ın dünyanın sabitliyi üçün Ukraynaya dəstəyini davam etdirməsi son dərəcə vacibdir. Makron həmçinin qeyd edib ki, Fransa Ukraynaya hərbi, iqtisadi və humanitar yardımını artırıb.

“Biz heç vaxt ukraynalıları onlar üçün məqbul olmayacaq kompromislərə getməyə çağırmayacağı”, deyə Makron ingiliscə deyib: “Əgər biz davamlı sülh istəyiriksə, ukraynalılara hörmət etməliyik və ukraynalılar özləri əraziləri və gələcəkləri ilə bağlı danışıqlar aparacaqları məqam və şərtlərə qərar verəcəklər”.

Makron Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi 10 bəndlik sülh planına işarə edərək, vurğulayıb ki, Ukrayna müharibənin danışıqlar yolu ilə sona çatmasını müzakirə etmək üçün “əsl iradə” nümayiş etdirib. Makrona görə Ukrayna prezidentinin danışıqlar üçün qoyduğu “şərtlər” onlar tərəfindən müdafiə olinur, çünki müharibə aparan tərəf Putindir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay