Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atamda anama qarşı istilik görməmişəm - Yaşar Nurinin qızı

Müğənni Ülkər Yaşarqızı atası, mərhum Xalq artisti Yaşar Nurinin anası Rəhimə Nuriyeva ilə olan münasibətlərindən danışıb...

"Dəfələrlə qayıdıb gəlib, amma mən barışmamışam. Düşünürəm ki, gərək insanın içində ailə məsuliyyəti olsun. Əgər bu yoxdursa, o heç vaxt ailə başçısı ola bilməz".

Axşam.az xəbər verir ki, bu barədə müğənni Ülkər Yaşarqızı "Elgizlə izlə" proqramında keçmiş həyat yoldaşı haqqında danışarkən deyib. O, aralarında dost münasibətinin olduğunu vurğulayıb:

"O, gözəl insan, dost ola bilər. Bundan sonra da onunla dostluq edə bilərəm. Anası rəhmətə gedəndə getmişdim. Mənə instaqramda yazmışdı ki, sənə ehtiyacım var, anam dünyasını dəyişib. Yay idi, işdə idim. İş yoldaşlarım şahiddir ki, onun yanına getdim. Dedim ki, həyatdır... Hətta anama zəng vurdum ki, belə bir şey olub, nə məsəhət görürsən? Dedi ki, həyat sənindir, ailə sənin olub, insanıq, hamımızın başına gələ bilər.

Gecə ilə getdim Novxanıya, onun yanında səhər 5-ə qədər oturdum. Dərdləşdik, söhbət etdik. Mən də, o da niyə belə oldu deyə dərdləşdik. Səhərə yaxın artıq dedim ki, getməliyəm. Ona dedim ki, bizimki alınmır, sadəcə dostuq. Həqiqətən də bəzən insanın dost kimi qalmağı daha gözəldir. Bizim problemimiz də olmayıb. O mənə sual verir ki, biz niyə ayrıldıq, səbəb nədir? Özümə də bu sualı verirəm. Kin saxlamıram. Atası da dünyasını dəyişəndə getmişdim. Bəzən insanlar ayrılır, düşmənçilik, o bunun arxasıyca danışır, kin, nifrət saxlayırlar. O deyir tərbiyəsiz olub. Bu deyir belə. Amma bizdə əsla, mən ona demərəm ki, belə olub". 

O, aparıcı Elgiz Əkbərin "İkinci baharını yaşamaq istəmirsən?" sualına isə "Niyə istəmirəm?" deyə cavab verib.

"O qaldı keçmişdə, qadın xoşbəxt olmağa layiq məxluqdur. Bəzən istəyən olur, indi də var, ciddi olan da. Amma çox duyğusal insanam. Sevgisiz yaşamağı sevmirəm. İstəyirəm hər zaman yanımda qayğıkeş biri olsun" deyə, o əlavə edib.

Ülkər atası, mərhum Xalq artisti Yaşar Nurinin anası Rəhimə Nuriyeva ilə olan münasibətlərinə də toxunub:

"Atam istiqanlı insan olmayıb. Onda anama qarşı istilik görməmişəm. Amma çox istəyib ailəsini. Anam o qədər onu istəyib ki, onun da sevgisini üstələyib. Yəni anamın atama göstərdiyi o diqqəti, heç atamın vaxtı da olmayıb. Heç anam da ondan tələb etməyib. Deyib ki, sən sənətkarsan, sənətinlə məşğul ol, səni başqa heç nə maraqlandırmasın.

Atam Türkiyədə xəstəxanada yatanda həkim soruşmuşdu ki, Azərbaycanda hər kəs həyat yoldaşına qarşı belədir? Anam da demişdi ki, eləyik".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi

Ən çox oxunanalar