Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General-mayor: "İndiyədək Sarıbaba yüksəkliyində 1300-dən çox mina aşkarlanıb"

"İndiyə qədər Sarıbaba yüksəkliyində qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılan 1300-dən çox mina aşkarlanıb".

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Ordusunun general-mayoru Münasib Babayev həmin ərazidə Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini məlumatlandırarkən deyib.

"Hazırda Sarıbaba yüksəkliyindəyik. Burada düşmən tərəfindən basdırılmış minalar var. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və bu ölkənin silahlı qüvvələrinə aiddir. Burada 350-dən artıq mina var", - o bildirib.

General-mayor söyləyib ki, qanunsuz erməni silahlıları Sarıbabada hətta tank əleyhinə minalar belə basdırıblar: "Ötən gün Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov ərazidə olublar. Onların razılığı ilə mühəndis qoşunlarının qarşılıqlı təmizləmə işinin aparılması məqsədilə sabah da sülhməramlıların nəzarəti altında digər basdırılan minaların təmizlənməsi işləri davam etdiriləcək".

Qeyd edək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçiririrlər. Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələrinə ərazidə aparılan minatəmizləmə tədbirləri və aşkarlanan mina sahəsi haqqında ətraflı məlumat verilib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verdi

Ən çox oxunanalar