Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Azərbaycana qarşı informasiya “zibilləməsi” davam edir...

Tehran öz “politoloqlarının” Azərbaycanı şərləyən əməllərini görmür...

“Sionist Bakı rejimi”nə qarşı “mübarizəsi” ilə tanınan iranlı politoloq Ehsan Movakhediyan Azərbaycanı İranın cənub-qərbindəki Xuzistan əyaləti İza şəhərində baş verən terror aktında ittiham edib.

PİA.az xəbər verir ki, iranlı “politoloq” özünün Twitter səhifəsində hücumu İsrail və Türkiyədən gələn təlimatlarla “Əliyev terrorçuların” həyata keçirdiyini yazıb.

Movakhediyan terror aktını törədən 3 nəfərin Bakıya qaçmağa cəhd edərkən tutulduğunu iddia edib və bu zaman İranın vitse-prezidenti Mohsen Rezaiyə istinad edib.

Rezainin söylədikləri isə İran mətbuatında bilərəkdən, ya da bilməyərəkdən texniki səhvə məruz qalıb. Çünki Rezai ümumiyyətlə Bakıdan deyil, Qərbi Azərbaycan əyalətinin Türkiyə ilə sərhəddə yerləşən Maku şəhərindən bəhs edib və tutulanların məhz Makuya qaçmağa çalışdıqlarını bildirib.

Sonradan İran mətbuatı bu səhvini düzəltsə də, “politoloq” Ehsan Movakhediyan İran mətbuatında vitse-prezidentin yanlış ifadə olunmasından Azərbaycana qarşı istifadə etməyə çalışıb və öz “səhvini” düzəltməyib.

Xatırladaq ki, bu günlərdə İranın Xarici İşlər Nazirliyi Azərbaycanın bu ölkədəki səfirini dəvət edərək Azərbaycan mətbuatının İrana qarşı sərgilədiyi mövqeyə görə səfirə nota təqdim etmişdi. İran isə öz “politoloqlarının” Azərbaycanı şərləyən bu tipli əməllərini görmür.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Ən çox oxunanalar