Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Fransa avtomobillərinin idxalına qadağa qoydu

ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb...

İran Fransa avtomobillərinin idxalına qadağa qoyub.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf  bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib.

Nazirliyin qərarı çərçivəsində Fransanın “Renault”, “Peugeot” və “Citroen” kimi firmalarının istehsal etdiyi nəqliyyat vasitələrinin idxalına qadağa qoyulduğunu qeyd edən Kalibaf, "Bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Diqqətimizdə Yapon, Koreya, Çin və Fransa istehsalı olmayan Avropa avtomobilləridir”, - deyib.

İran onlara (fransızlara) İranın avtomobil sənayesi və bazarına sanksiyalarla təzyiq göstərməyə imkan verməyəcək”, - Kalibaf bildirib.

İranın "İran Khodro" və "Saipa" kimi avtomobil istehsalçıları daha çox “Peugeot”, “Renault” və “Citroen” kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb.

Xarici şirkətlər, xüsusilə “Peugeot”, “Renault” və “Citroen” kimi fransız avtomobil istehsalçıları ABŞ-ın genişmiqyaslı birtərəfli sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırıblar. Buna görə də hissələrin tədarükündə problemlərlə üzləşən İran daxili həll yollarına üz tutub.(modern.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar