Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov Sergey Diyakonu ilə görüşüb

Nazir Kəmaləddin Heydərov Moldova Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonu ilə görüşüb...

Noyabrın 17-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Moldova Respublikası Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonu ilə görüşüb. Görüşdə Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.

Görüş zamanı nazir Kəmaləddin Heydərov Azərbaycan və Moldova arasında möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Bu çərçivədə iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir qarşılıqlı səfərlərin və keçirilən görüşlərin münasibətlərin inkişafına faydalı təkan verdiyini qeyd edib.

Daha sonra qonağa Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir iki ölkənin uyğun qurumları arasında birgə təlim və seminarların keçirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb. Həmçinin, Moldova Daxili İşlər Nazirliyinin əməkdaşlarının Azərbaycan FHN-in Akademiyasında təhsil imkanları da qeyd olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Moldova Respublikası Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonu ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər çərçivəsində iki nazirlik arasında fövqəladə hallarla mübarizə üzrə əməkdaşlığın daha da genişləndirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Qonaq Moldovada təbii və texnogen xarakterli fövqəladə halların idarə olunması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib, qarşılıqlı səfərlərin, birgə təlim və seminarların, təhsil proqramlarının təşkilinin əhəmiyyətini qeyd edib. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə ikitərəfli saziş layihəsi barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaq FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar