Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub...

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının daha 2 üzvü finalda iştirak hüququ qazanıb.

1/4 final mərhələsində ermənistanlı Armen Quşçiyanın rinqə çıxmaması səbəbindən qalib elan olunan Məsud Yusifzadə (51 kq) yarımfinalda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

57 kq-da döyüşən Ümid Rüstəmov Tirzoman Eysebyunun (Rumıniya) ardınca Şon Persellə (İrlandiya) də gücünü göstərib. Rəqibini məğlub edən boksçumuz adını finala yazdırıb.

Ruslan Qədirov (54 kq) yarımfinalda Yakub Krjpeytlə (Polşa) münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından Avropa çempionatının finalçısı bürünc medalla kifayətlənib.

Digər boksçumuz Sərxan Əliyev də turniri 3-cü pillədə bitirib. 71 kq-da gücünü yoxlayan idmançı yarımfinalda polşalı Damyan Durkajla döyüşüb və rəqib qələbə qazanıb.

Nəticədə Azərbaycan yığmasının heyətində finalda mübarizə aparacaq boksçularının sayı 7-yə, bürünc medal qazananlar isə 4-ə çatıb.

Bu gün baş tutacaq final mərhələsində Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) sınağa çəkəcək.

Qeyd edək ki, komandamızın heyətində Qədirov və Əliyevdən öncə Eldar Quliyevlə (86 kq) Rauf Rəhimov (92 kq) da bürünc medal qazanıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Ən çox oxunanalar