Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycan üçün tarixi fürsət, 1000 ildə bir dəfə yarana biləcək imkanlar açılıb" - Natiq Cəfərli

"Ölkəmizin dünyanın yeni logistik mərkəzinə, Şərqi Qərbə, Cənubu Şimala, Türk Respublikalarını bir-birə bağlayan körpüyə çevrilməsi üçün gömrük, vergi, hüquq-mühafizə, məhkəmə sistemi yeni, ədalətli təməllər üzərində inşa edilməlidir"...

"Azərbaycanın Cənubda yaşayan soydaşlarımızın haqq və azadlıqlarının pozulmasına dair söz sahibi, "yumşaq güc" kimi davranması üçün məmləkətin örnək ölkə olması artıq strateji hədəfə çevrilməlidir. Azərbaycanın Orta Asiya Türk Respublikalarına təsirinin artması üçün məmləkətin insan haqları, rifah, iqtisadi azadlıqlarla bağlı nümunə ölkə olması artıq olmazsa-olmazdır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq hesab edir ki, Azərbaycanın Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların (azərbaycanlı =vətəndaşlıq=üst kimlik) məmləkətə iqtisadi, siyasi, sosial, mədəni inteqrasiyası üçün ölkəmizin bölgədə haqq və azadlıqların tam təmin edildiyi, hüququn üstünlüyünün öndə olduğu ölkəyə çevrilməsi artıq məmləkət üçün həm də təhlükəsizlik məsələsidir: "Azərbaycanın dünyanın yeni logistik mərkəzinə, Şərqi Qərbə, Cənubu Şimala, Türk Respublikalarını bir-birə bağlayan, birləşdirən körpüyə, "xaba" çevrilməsi üçün ölkənin gömrük, vergi, hüquq-mühafizə, məhkəmə sistemi tam yeni, ədalətli təməllər üzərində inşa edilməlidir. Azərbaycan üçün tarixi fürsət, 1000 ildə bir dəfə yarana biləcək imkanlar açılıb. Fürsətlərin, imkanların dəyərləndirilməsi üçün indiki idarəetmə və iqtisadi sistem yaramır, bu yükü qaldıra bilmir, bilməyəcək. Ölkənin demokratikləşməsi, sistem, idarəetmənin fəlsəfəsinin dəyişməsi, iqtisadi açılım, hüququn üstünlüyü, bu məsələlər artıq qulağa xoş gələcək tezislər deyil, məmləkətin tarixi fürsətləri reallaşdıra bilmək üçün vazkeçilməz və təxirəsalınmaz hədəfləridir. Başqa yol, sadəcə yoxdur".(Hurriyyet.az)

pia.az

 


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar