Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar: “Rus dili Azərbaycan məktəblərində ciddi öyrənilməlidir”

“Rus dili Azərbaycan məktəblərində ciddi öyrənilməlidir, Azərbaycan dili də rus məktəblərində... Buna ciddi fikir vermək lazımdır”...

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev “BBC Azərbaycanca”ya müsahibəsində bildirib.

“Sovet dövründə məktəbi bitirənlər ən azı iki dili mükəmməl bilməli idilər. İngiliscə də bilirsə, lap yaxşı. 200 ildir, Rusiya ilə bağlıyıq, rus ədəbiyyatının da, elminin də bizə təsiri var. Bu, danılmaz faktdır. Rus dilinə Azərbaycan dilli məktəblərdə, Azərbaycan dilinə də rus dilli məktəblərdə barmaqarası baxdılar. Ona görə də Azərbaycan dilli məktəblərin səviyyəsi düşdü. Ziyalılar da dedilər ki, uşaqlarımızı bədbəxt etməyək, rus məktəblərinə qoyaq. Proses bu cür olub. Bunlara baxmayaraq, yazıçılar övladlarını Azərbaycan dilli məktəblərə qoydular. Rus dilini bilmək heç də pis şey deyil. Pis, öz dilini bilməməkdir. Rusiya televiziyalarına baxın, ermənilər nə qədər çıxış edirlər, mükəmməl danışırlar. Rus dilini bilməsəydilər, o cür çıxış edə bilməzdilər. Bizim elə adamlarımız çoxdurmu onlarla çıxsınlar? Danışıqlarını demirəm, yalan deyirlər, böhtan atırlar... Rus dilində səlis danışırlar, rus auditoriyasına çıxırlar. Deyək, rus dili lazım deyil, bəs onların qarşısına nə dilində çıxacağıq?!”

pia.az


Etiket: Anar rus dili


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar