Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezident Paşinyan və Putinin gizli sövdələşmələrini pozdu” - Hafiz Hacıyev

“İlham Əliyev görüşdə birmənalı şəkildə dedi ki, artıq Xankəndi, Qarabağ məsələləri həll olunub və başqa məsələlər barədə danışmaq lazımdır”...

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Soçi görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş keçirildi.

Bəs Soçi görüşünü Azərbaycan üçün uğurlu hesab etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Putin və Paşinyanın arzusu ürəyində qaldı”.

Soçi görüşünün cənab Prezidentin böyük uğuru olduğunu vurğulayan partiya sədri bildirib ki, bu uğuru da davam etdirmək lazımdır:

“Cənab Preziden Soçi görüşündə Putinin planlarını pozdu. İlham Əliyev görüşdə birmənalı şəkildə dedi ki, artıq Xankəndi, Qarabağ məsələləri həll olunub və başqa məsələlər barədə danışmaq lazımdır. Bundan sonra da biz Qarabağ və Xankəndi məsələlərinə qayıtmayacağıq. Buna görə də Prezident Paşinyan və Putinin gizli sövdələşmələrini pozdu.

Düşünürəm ki, Soçi görüşü cənab Prezidentin böyük uğurudur. Bu uğuru da davam etdirmək lazımdır. Yəni bundan sonra da qətiyyətlə mövqey bildirməliyik ki, Qarabağ erməniləri bizim vətəndaşlığımızı, qərarlarımızı qəbul edirlərsə, orada qalsınlar. Onlar üçün heç bir muxtariyyət yoxdur. Azərbaycan vətəndaşları necə yaşayırlarsa, onlar da elə yaşayacaqlar. Bu mövzuda cənab Prezident çox uğurlu gediş etdi. Bununla da Putin və Paşinyanın arzusu ürəyində qaldı. Azərbaycan ictimaiyyəti də buna dəstək verməlidir”.

Eyni zamanda partiya sədri bildirib ki, bir neçə ay bundan öncə dediyi faktlar, məsələlər gəlib öz həllini tapıb. Azərbaycanda müəyyən qüvvələr daxili sabitliyi pozmaqla, dövlət çevrilişi etməyə cəhd edirlər:

“Amma çox təəssüf ki, bu uğurlarımızı görən müəyyən qüvvələr fəallaşıblar və onlar pozuculuq fəaliyyətlərlə məşğuldurlar. Mədəniyyət Nazirliyində baş verən hadisələr, ölkədə sabitliyi pozmaq üçün gələnlərin səfirliyin maşınında ölkəyə gətirilməsi çox ciddi məsələlərdir. Bir neçə ay bundan öncə dediyim faktlar, məsələlər gəlib öz həllini tapır. Azərbaycanda müəyyən qüvvələr daxili sabitliyi pozmaqla, dövlət çevrilişi etməyə cəhd edirlər.

Müasir Müsavat Partiyası bundan sonra da əlindən gələn imkanları ilə cənab Prezidentin arxasında dayanıb. Prezident ölkənin içində olan xainlərdən, ermənilərdən qurtarmalıdır. Xankəndində Azərbaycan vətəndaşı olmaq istəməyənlər də, Bakıda ermənilərlə qohum olanlar da ölkədən çıxarılmalıdır. Bundan sonra Azərbaycanda sabitlik axıra qədər davam edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar