Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeravanın Moskvaya qarşı şantaj üsulu sona qədər uğurlu olacaq?

Son aylarda Ermənistan Qərbə yaxınlaşaraq Rusiyanı şantaj etməsi prosesini yaşadıq...

Politoloq: “Rəsmi Yerevanın ikili oyunları sona qədər uğurlu olmayacaq. Çünki Ermənistan yekunda seçim qarşısında qalacaq və öz seçimini ya Rusiyaya, ya da Qərbə doğru edəcək”.

“Paşinyan Soçidə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə sənədi imzalamağa hazır olduğunu bildirərək, Putinin çətiri altına girdi”.

Bu sözləri politoloq Kamran Məmmədli Yeravanın Moskvaya qarşı tətbiq etdiyi şantaj üsulunun nəticəsini PİA.az-a şərh edərkən qeyd edib.

Son aylarda Ermənistan Qərbə yaxınlaşaraq Rusiyanı şantaj etməsi prosesini yaşadıq və son nəticədə belə görünür ki, ermənilərin Rusiyaya qarşı tətbiq etdikləri şantaj öz nəticəsini qismən də olsa verir. Bu Putinin və Paşinyanın son çıxışlarında da özünü göstərir.

Yeravanın Moskvaya qarşı tətbiq etdiyi şantaj üsulu sona qədər uğurlu olacaqmı? Yeravanın son gedişlərinə qarşı Azərbaycanın hansı kontur addımları ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Azərbaycan höküməti Qərbə mesaj verməlidir ki, Ermənistan hakimiyyəti heçdə etibarlı müttəfiq deyil və Praqa görüşündə verdiyi vədlərə, razılaşmalara sadiq qalmır”.

Vaşinqton və ya Moskva variantının bizim üçün o qədərdə önəmi olmadığını düşünən politoloq əlavə edib ki, əsas sülh müqaviləsinin bizim üçün daha əlverişli və Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanıyacaq bir sənəd olmasıdır:

“Düşünürəm ki, rəsmi Yerevanın ikili oyunları sona qədər uğurlu olmayacaq. Çünki Ermənistan yekunda seçim qarşısında qalacaq və öz seçimini ya Rusiyaya, ya da Qərbə doğru edəcək. Putində bunu çox gözəl anlayır və başa düşür ki, əgər Ermənistan tam olaraq qərbi seçərsə, bu halda onların cənubi qafqaz regionunda təsir imkanları minimuma enəcək.

Təsadüfi deyil ki, Soçidə liderlər arasındakı keçirilən görüşdən öncə Xankəndidə kütləvi etiraz aksiyası keçirildi. Eyni zamanda İrəvanda “Müqavimət” hərəkatı tərəfindən Noyabr ayının 5-nə mitinq təyin olundu. Putin Soçi görüşü öncəsi Paşinyana siyası təziq göstərərək dirəniş göstərdi və fikrimcə buda öz nəticəsini verdi .

Paşinyan Soçidə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə sənədi imzalamağa hazır olduğunu bildirərək Putinin çətiri altına girdi. Fikrimcə Azərbaycan Paşinyanın bu ikili oyunlarından gözəl istifadə edə bilər. Azərbaycan höküməti Qərbə mesaj verməlidir ki, Ermənistan hakimiyyəti heçdə etibarlı müttəfiq deyil və Praqa görüşündə verdiyi vədlərə, razılaşmalara sadiq qalmır .

Kamran Məmmədli: “Azərbaycan Qərbin Rusiyaya qarşı hazırki sərt mövqeyindən Paşinyana qarşı istifadə etməlidir”.

Azərbaycan Qərbin Rusiyaya qarşı hazırki sərt mövqeyindən Paşinyana qarşı istifadə etməli və siyasi gediş edərək rəsmi Vaşinqtona bildirməlidir ki, əgər siz Ermənistana təziq göstərərək sülh prosesini tezləşdirməsəz Ermənistan sizin əlinizdən çıxacaq və Rusiya yenə bölgədə söz sahibi olmaqa davam edəcək.

Azərbaycan hakimiyyəti hətta hazırki durumdan maksimum istifafə edərək oxşar siyasi mesajı Rusiyaya da verə bilər. Nəticədə müqavilənin Vaşinqton və ya Moskva variantının bizim üçün o qədərdə önəmi yoxdur, əsas sülh müqaviləsinin bizim üçün daha əlverişli və Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanıyacaq bir sənəd olmasıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar