Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ASGA "Suqovuşan fatehi - İlkin Ağakişiyev haqqında sənədli film"i təqdim etdi - Mingəçevirdə

Şəhidin atası Elxan Ağakişiyev filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinə və ASGA-ya təşəkkür edib...

Bu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası "SUQOVUŞAN FATEHİ - İlkin Ağakişiyev haqqında sənədli film"i geniş ictimaiyyətə təqdim edib. Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 2 aylıq layihə çərçivəsində hazırlanan filmdə Şəhidin həyat yolu təsvir olunub.

Tədbiri giriş sözü ilə açan ASGA sədri Səbuhi Abbasov bu kimi filmlərin gənclər üçün ciddi vəsait olduğunu dedi: "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən, torpaqları düşmən tapdağından xilas edərkən şəhid olan İlkin Ağakişiyev təkcə Mingəçevir üçün deyil, bütün Azərbaycan gəncliyinə nümunədir. İlkin Ağakişiyev 1995-ci il sentyabrın 17-də Mingəçevir şəhərində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. Subay idi. İlkin Ağakişiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan İlkin Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İlkin Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Biz bundan öncə Mingəçevir şəhərinin 11 Şəhidinə film çəkmişik və bu proses davam edəcək. Filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm."

Daha sonra çıxış edən Şəhidin atası Elxan Ağakişiyev filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinə və ASGA-ya təşəkkür etdi.

Sonda iştirakçılara üzərində filmin loqosu əks olunan disklər paylandı.
Qeyd edək ki, "SUQOVUŞAN FATEHİ - İlkin Ağakişiyev haqqında sənədli film" Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən çəkilən sayca 11-ci sənədli filmdir.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Ən çox oxunanalar