Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Yaqublu Ali Məhkəməyə müraciət etdi

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsindəki hökmdən kassasiya şikayəti verib...

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək şikayət noyabrın 1-nə təyin edilib.

Kassaiaya şikayəti hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, 2020-ci il martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində T.Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Daha sonra T.Yaqublu avtomobildən düşərək E.Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman E.Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda T.Yaqublu qadını da itələyib və C.Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.

T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

2020-ci il sentyabrın 3-də Nizami Rayon Məhkəməsinin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə etiraz olaraq aclıq aksiyası keçirdikdən sonra sentyabrın 18-də ev dustaqlığına buraxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, ona 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzası verilib. Onun barəsindəki ev dustaqlığı qərarı ləğv edilib.

Qeyd: Bir neçə gün əvvəl T.Yaqublunun atası Rəşid Yaqublu vəfat edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Yol polisi və AYNA Bakının küçə və prospektlərdə monitorinqlər keçirəcək

Ən çox oxunanalar