Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Telegraph: Rusiya Britaniyaya hibrid müharibəsi elan edib

Riçard Kemp Birləşmiş Krallığı Rusiya istiqamətindən gözləyən təhlükələrləbağlı hökümətə xəbərdarlıq edib...

“Putin istənilən vasitə ilə milli infrastrukturumuzu sarsıdacaq, lakin “Whitehall” (Britaniya hökuməti-red.) hələ də bu təhlikəni inkar edir”.

Məşhur Böyük Britaniya siyasətçisi, keçmiş hərbçi, hərbi ekspert və dövlət müşaviri Riçard Kemp Birləşmiş Krallığı gözləyən Rusiya təhlükəsi ilə bağlı “həyəcan təbili” çalıb. PİA.az tanınmış təhlükəsizlik mütəxəssisin “The Telegraph” nəşrində dərc olunmuş həmin məqaləsini təqdim edir:

Yayda Liz Trassın şəxsi cib telefonununa Kremlə bağlı qrup tərəfindən haker hücumunun həyata keçirilmısi ehtimalı “Whitehall” üçün həyacan siqnalı olmalıdır. Britaniya hibrid müharibənin bu yeni dövründə Rusiya tərəfindən şiddətli hücuma məruz qalır. Döyüş meydanında qarşılıqlı atəş açmasaq da, Rusiyanın bu hücumları nəticəsində milli infrastrukturumuz ciddi şəkildə ziyan görə və potensial olaraq məhv edilə bilər.

Hazırda siyasi isteblişmentimizin təhlükəni kifayət qədər ciddi qəbul etmədiyi tam aydındır. Xanım Trassın şəxsi telefonundan oğurlanmış məlumatlarda Ukrayna müharibəsi ilə bağlı həssas məlumatlar ola bilərdi. Əgər bu doğrudursa, onda bunu hökümət tərəfindən dövlət təhlükəsizli üçün fövqəladə laqeydliyi kimi qiymətləndirmək doğru olardı. Hətta İkinci Dünya Müharibəsinin analoji günlərində belə, hər hansı bir hökumət üzvünün şəxsi məsələlər üçün istifadə olunan cihazlar vasitəsilə həssas hərbi və ya diplomatik məsələlərlə bağlı zənglər etməsini və ya kabel texnologiyası vasitəsi ilə məlumat göndərməsini təsəvvür etmək belə çətindir.

Bu günlərdə mesajları göndərən kimi şifrələməyə imkan verən qeyri-adi texnologiyaya malikik. Lakin biz Ukraynada baş verənləri bizə yalnız televiziya ekranlarımızdan təsir edən uzaq müharibə kimi görməyə davam etsək, yanılmlış olarıq. Müharibə zamanı - deməliyəm ki, Ukrayna müharibəsi Böyük Britaniyanın çox yaxından məşğul olduğu bir müharibədir - hökümət üzvlərinin istifadə etdiyi texnologiyalar şivrələmə aparatları tərəfindən diqqətlə qorunmalıdır.

Çünki Putin BritaniyaAvropada Ukraynadan sonra ikinci ən böyük düşməni hesab edir. O, bizə qarşı xüsusi nifrətini dörd il əvvəl Solsberidə keçmiş rus casusa qarşı kimyəvi silahdan istifadə edərkən nümayiş etdirib. Düşünürəm ki, Putinin hakimiyyət qurumları bizə zərər vermək üçün mümkün olan hər vasitədən istifadə edəcəklər.

Ona görə də biz Rusiyanın əli çatacaq heç bir texnoloji vasutədən istifadə etməməliyik. Buraya Şotlandiya, Şetland və Farer adaları arasından keçən Şefa-2 fiber-optik kabelləri də daxildir. Bu kabellər Rusiya tərəfindən bir daha kəsilə və bunlar qəza kimi qiymətləndirilə bilər. Kabellərin hansısa “balıqçı gəmisi tərəfindən” kəsilməsi gözləniləndir. Ümumiyyətlə isə bu kimi təxribatlara istənilən qəza süsü vermək mümkündür. Biz heç olmasa təxribat ehtimalını araşdırmalı və “qəza” ehtimalını minimuma endirməliyik.

Həqiqətən, Shefa-2-nin kəsilməsindən cəmi bir neçə gün sonra Aralıq dənizində Marsel yaxınlığındakı üç fiber-optik kabel kəsildi və Avropa, ABŞ və Asiyada internetlə bağlı ciddi problemlər yarandı. Bu hadisədən sonra Norveçin dəniz neft və qaz qurğuları yaxınlığında uçan naməlum dronları barədə məlumatlar yayıldı və daha sonra Norveç səlahiyyətliləri tərəfindən bir neçə Rusiya vətəndaşının həbs edildiyi bildirildi.

GCHQ direktorunun bu yaxınlarda xəbərdar etdiyi kimi, Rusiya Ukraynanı dəstəkləyən ölkələrə hücum etmək üçün öz kiber imkanlarından istifadə etməyi planlaşdırır. Britaniya artıq belə bir kampaniyanın qurbanı olub. Sentyabr ayında biz rusiyapərəst hakerlərin MI5-ə qarşı kiberhücum həyata keçirdiklərini və qısa müddət ərzində kəşfiyyat qurumunun veb-saytını çalışmadığının şahidi olduq. Bu, hadisə bizim təhlükəsizlik proqramlarımıza cüzi ziyan vurdu, lakin bu, Kremlinhər şeyə əl ata biləcəyinin göstəricisi idi. Biz hamımız bilirik ki, Moskva bizim kritik infrastrukturumuza və iqtisadiyyatımıza misilsiz ziyan vura biləcək böyük kiber imkanlara malikdir.

Kreml də bizə qarşı informasiya müharibəsi aparır. Keçən həftə buna Kral Hərbi Dəniz Qüvvələrinin Şimal axını boru kəmərlərinin partladılmasına görə məsuliyyət daşıdığına dair fövqəladə iddia da daxil idi. Rusiya rəsmiləri niyə belə qızışdırıcı iddialarla çıxış etsinlər ki? Rusların fikrincə, Britaniyaya qarşı hibrid müharibənin güclənməsi üçün bu, adekvat əsaslandırma olacaq.

İndi sual, Britaniya hökumətinin bu kampaniyaya qarşı durmağa "mədəsi"nin olub-olmamasıdır. Heç bir şey etməsək, haker hücumları həm miqyas etibarı ilə, həm də təcavüz sayına görə daha da güclənəcək. Beləliklə, istər kiber, istərsə də təxribat yolu ilə, eyni şəkildə cavab verməliyik. Bu cür hərəkətlər son nəticədə demokratik hesabatlılığa dair sualları qaldıra bilər, çünki onlar çox vaxt gizli şəkildə baş verir, lakin heç nə etməmək Britaniya xalqının suverenliyinə təslim olmaq demək olardı.

Hal-hazırda biz müdafiəmizi gücləndirməliyik. Nazirlik telefonlarının təhlükəsizliyinə yenidən baxılmalıdır və ola bilsin ki, hazırkı nazirlər üçün təhlükəsizlik rəhbərləri ilə bir-iki iclas keçirilsin. Bundan əlavə, Rusiya gəmiləri daha yaxından qorunmalı və ya istisna edilməlidir. Nə üçün biz rus “tədqiqat” gəmilərini Britaniya sularına buraxmalıyıq?

Siyasətçilərimizin bələd olmadıqları hibrid müharibədə bizi ciddi təhlükələr gözləyir. Putinin öz gəmiləri ilə Britaniya ətrafında dövrə vurmasının səbəbi də budur. Biz bu səsrsəmliyə son qoymalıyıq və bunun üçün kəskin istiqamət dəyişikliyinə ehtiyac var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bəylə-gəlin futbola görə toylarını dayandırdılar - Video

Ən çox oxunanalar