Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Nəqliyyat Agentliyi axır ki, simit biznesinə başladı – Foto

Bakı Nəqliyyat Agentliyinin kökə-simit biznesi nəhayət ki, gerçəkləşdi...

Bir müddət əvvəl məsələnin böyüməsini görən Agentlik öz ərazisində “Simit Saray”ın açılması işlərini dayandırmışdI. Elə ki, ara sakitləşdi, qurum öz terminalında obyektin fəaliyyətə başlamasını rəsmiləşdirdi. Bu barədə Reportyor.info-ya məlumat verilib.

Belə ki, bir neçə ay əvvəl “Koroğlu” metro stansiyasının yaxınlığındakı Nəqliyyat Mübadiləsi Mərkəzinin ödəmə terminalların əvvəl yerləşdiyi məntəqədən çölə çıxarılması və yeri “Simit Sarayı”na kirayə verilməsi ilə bağlı məlumat vermişdik. Bakı Nəqliyyat Agentliyi faktı təsdiqləyərək bunu terminal aparatlarının məntəqə daxilində qızması ilə əlaqələndirmişdi. Eyni zamanda qurumdan bildirilmişdi ki, belə hallar xarici ölkələrdə də var: “Xarici şəhərlərin təcrübəsinə baxsaq, bu cür mərkəzlərdə belə iaşə obyektlərinin olduğunu görəcəksiniz. Qanunvericiliyin tələbləri qorunmaqla görülən işlərdir”.

BNA rəsmisi “Obyekt hansı qaydalar əsasında icarəyə verildi? İcarədar necə müəyyənləşdi? Müsabiqə, onun nəticəsi rəsmən elan edildimi?” kimi suallara cavabda yayınmışdı. Sonra sosial şəbəkələrdə qeyd edilən məntəqədə “Simit Sarayı”nın reklamının üstünün bağlanması ilə bağlı görüntülər yayılmışdı. Bildirilirdi ki, BNA tənqidlərə dözməyib və nəticədə bu addım atılıb.

Lakin üstündən bir müddət keçəndən sonra bu biznes layihəsi işə düşüb. Artıq terminalda simit alverinə başlanıb. Bu haqda bizə fakt təqdim olunub.

pia.az


Etiket: BNA simit


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay