Ermənistan baş naziri hesab edir ki, Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə həlak olan erməni əsgərlərinin qalıqları var...
Sentyabrın 13-14-də baş verən qaşıdurmadan ay yarım keçməsinə baxmayaarq, öldürülən erməni əsgərlərinin cəsədləri hələ də Azərbaycanın nəzarətində olan ərazilərdə qalıb.
PİA.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Twitter səhifəsində yazıb. Paşinyan bildirib ki, centyabrın 14-dən sonra Azərbaycan həlak olan erməni əsgərlərinin qalıqlarını axtarmağa mane olur.
Ermənistan baş naziri hesab edir ki, Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə həlak olan erməni əsgərlərinin qalıqları var və Azərbaycan tərəfi bu qalıqları tapmaq üçün Ermənistan tərəfinə imkan yaratmalıdır.
pia.az