Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxtda daha bir marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə avtobus zolağı çəkilib

BŞİH məlumat yayıb...

Paytaxtda müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalarda səmərəliliyinin artırılması və gündəlik ictimai nəqliyyatdan istifadə edən 1.5 milyon sərnişinin rahatlığının təmin edilməsi üçün tədbirlər davam etdirilir. Şəhər mobilliyi prinsipləri əsas götürülməklə 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti-M.Hadi küçəsi-Q.Qarayev prospekti-Z.Bünyadov prospekti-Moskva prospekti-Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılır.

Bu haqda PİA.az-a BŞİH-dən məlumat verilib.

Bildirirli rki, qeyd olunan küçə və prospektlərin hər biri ictimai nəqliyyat üçün əsas hərəkət dəhlizi hesab olunur. Gündəlik olaraq bu dəhlizdən 70 müntəzəm marşrut xətti üzrə 1000-dən artıq avtobusla 830 min nəfərdən dən çox sərnişin daşınır. Dəhliz boyunca avtobusların maneəsiz və rahat hərəkəti təmin ediləcəyi halda avtobusların orta istismar sürətinin pik saatlarda 10 km/saatdan 21 km/saata qalxacağı proqnozlaşdırılır. Sərnişinlərin səfər müddəti isə pik saatlarda 46 dəqiqədən 22 dəqiqəyə enəcəyi ehtimal edilir.

Avtobusların hərəkət cədvəllərində stabilliyin təmin olunması ictimai nəqliyyatdan istifadəsini stimullaşdıracaq, əhalinin mobillik imkanları və ictimai nəqliyyata olan inamı artacaq ki, bu da öz növbəsində qanunsuz sərnişindaşıma halları və şəxsi nəqliyyat vasitələrindən istifadənin azalması baxımından əhəmiyyətlidir. Zolaqların təşkili ekoloji mühitin yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək. Belə ki, gündəlik təqribən 4000 kq-dan artıq zərərli qazın (CO2) ətraf mühitə buraxılmasının qarşısını almaq mümkün olacaq.

Zolaqların təşkili ilə həmçinin ümumi istifadədə olan nəqliyyat vasitələri ilə yanaşı operativ nəqliyyat vasitələrinin də həmin zolaqlarla hərəkəti maneəsiz hərəkəti təmin oluacaq ki, həyati vacib sahələrə müsbət təsir göstərəcəkdir. Layihənin uğurlu olması və avtobus zolaqlarının marşrutların fəaliyyətinə effektiv təsirinin artırılması üçün digər nəqliyyat vasitələri sürücüləri avtobus zolağının tələbinə riayət etməlidir.

Fotolar

pia.az


Etiket: BŞİH BNA yol zolaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar