Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AYB on nəfərdən birini deyil, "on nəfərdən özümüzünkünü seçək" "prinsipini" əsas götürdü

AYB qarşıdan gələn Qurultaya nümayəndə seçilənlərin siyahısını "Ədəbiyyat qəzeti"ndə dərc etdirməklə məni əməlli-başlı təəccübləndirdi..

Məxfiliyi bəzi güc nazirliklərimizdən daha çox gözləyən, alınan mükafatların siyahısından tutmuş, ayrılan pulların xərclənməsini, bölmə sədrlərinin təyinatını gizli saxlayan qosqoca qurum, bu dəfə açıqlama verdi.

Siyahıda çox dəyərli dostlarımızın adlarına rast gəldim və kənarda qalanlar da çoxdu. Halbuki, 330 nəfərlik siyahıda onlardan bəzilərinin adları da ola bilərdi. Əgər şəffaf, ədalətli, insaflı yanaşma olsaydı. Bu da qosqoca AYB-də əsla, mümkün deyil.

Bir-iki ay bundan öncə AYB-nin qurultay qabağı təşkil olunan tədbirinə dəvət edilmişdim. Məni dəvət edən bəy adəti üzrə, bir saatdan çox geciksə də, yeri elə də görünmədi. Maraqlı tərəfi o idi ki, konkret olaraq nədən danışılacaq, nəyə görə bura yığışdığımızı nə biz, nə də səbəbkarların özləri belə bimirdilər. Nəhayət, iştirakçılara "danışın", "fikirinizi deyin", "sıxma-boğması"ndan sonra hərə bir-iki kəlmə söylədi, o cümlədən mən. Yaxşı ki, cənab vaxt mövzusu yaddan çıxan tədbirin ömrünü kəsmək üçün özünü tez çatdırdı. Axı, bu qədər süni, qurama, gözdən pərdə asmaq üçün təşkil olunan tədbirlər cəmiyyətin ən həssas, həm də dəyərli kəsiminə qarşı böyük hörmətsizlikdi. Bütün siyahılar, adlar öz "məntiqinizə" və "prinsipinizə" uyğun aylar öncə hazırlanır. "On nəfərdən 1-ni seçək" prinsipi ilə guya yerlərdə "seçki" oldu. Burda da təbii ki, "On nəfərdən özümüzünkünü seçək" "prinsipini" əsas götürdünüz.

XIII Qurultay uğursuz rəqəm altında keçirilir. Ancaq hər kəsə uğurlar diləyirəm. AYB-nin ömürlük və alternativsiz sədri Anara uzun ömür diləyirəm. Çünki, adımızın sonuna AYB üzvü yazdırmağımız Anarın adı ilə bağlıdı. Konkret, Anar(ın) Yazıçılar Birliyinin üzvüyük. Eləcə də, şəhərin ən pristijli yerində yerləşən, çoxlarının gözü olan əzəmətli və möhtəşəm binanın üzərinə vurulan lövhə də Anarın varlığının ömrü qədərdi.

Namiq Dəlidağlı, AYB üzvü

pia.az


Etiket: AYB

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar