Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: “İranın “qırmızı xətt”i olduğu kimi, Azərbaycanın “qırmızı xətt”i var” - Müsahibə

Srağagün Zəngilandan Azərbaycan və Türkiyə prezidentləri, Yeravandan isə İranın xarici işlər naziri çox önəmli bəyanatlar səsləndirdilər...

Siyasi-şərhçi: “İranın xarici siyasətində hər zaman hiylə və yalan müşahidə olunur”.

Xəbər verdiyimiz kimi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana rəsmi səfərə gəldi. Prezident İlham ƏliyevRəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdilər. Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etməsi rəmzi məna daşıyır. Tarixi türk torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsi idi. Çünki 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək bunu bir daha təsdiqləyir. Bu hava limanı, həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq.

Regionda son zamanlar baş verənlər geosiyasi hadisələri və xüsusilə, İranın aktivləşməsinin, Azərbaycana qarşı təhdidlərinin səbəblərini PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Artıq Azərbaycan lazımı xəbərdarlıqlarını İrana, ABŞ-a, Avropa Birliyinə, Rusiyaya edib. Vaxt müəyyən edilib”.

Siyasi-şərhçi Fərhad Məmmədovla olan müsahibəni oxucularının diqqətinə çatdırırıq:

- Fərhad bəy, srağagün Zəngilandan Azərbaycan və Türkiyə prezidentlərinin çox önəmli bəyanatları səsləndi. Cənubi Qafqaza marağın artdığı və qlobal geosiyasi qarşıdurmanın bizim regiona keçdiyi indiki dönəmdə Türkiyə-Azərbaycan strateji tərəfdaşlığını indiki səviyyəsini necə dəyərləndirərdiz? Qarabağ məsələsində müxtəlif istiqamətlərdən bizə olunan təzyiqlərin maksimum artığı bu günlərdə bu əməkdaşlıq təzyiqlərə cavab vermək və qarşısını almaq gücündədir?

- Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı yüksək səviyyədədir və bu tərəfdaşlıq həm genişlənir, həm də dərinləşir. Tərəfdaşlığın həm genişlənməsi, həm də dərinləşməsi çox vacib olan amillərdir. Bu təzyiqlərin və təhdidlərin qarşısını almaq üçün hal-hazırkı resurs kifayət edir. Çünki həm Türkiyədə, həm də Azərbaycanda legitim hakimiyyətlər mövcuddur. Vahid baxış formalaşdırılıb.

Eyni zamanda demək olar ki, bütün sahələrdə əməkdaşlıq qarşılıqlı inteqrasiya səviyyəsinə çatıb. Bu resurslar, ələxsus yerdə olan resurslar hələ ki, Azərbaycan və Türkiyəyə qarşı olan təzyiqləri və maneələri dəf etməyə kifayət edir.

- Srağagün önəmli bəyanatlar təkcə Zəngilandan səslənmədi. Həmçinin Yeravandan da İranın xarici işlər naziri çox önəmli mesajlar səsləndirildi. İranın xarici işlər naziri : “İran bölgədə heç bir geosiyasi dəyişikliyə dözməyəcək. Biz bunu öz qırmızı xəttimiz hesab edirik”, ifadələrini işlədib. Eyni zamanda Zəngilanda Ərdoğanla birlikdə açılışlar edən İlham Əliyev də bizim iznimiz olmadan regionda heç bir şey baş verməyəcək, fikirlərini səsləndirib. Bu iki “qırmızı xətt”in toqquюması anlamına gəlirmi?

- İranın bəyanatı ilə bağlı onu qeyd edim ki, bəyanatların böyük bir hissəsi məntiqsizdir və əsassızdır. Məntiqsizdir ona görə ki, artıq Praqada ilkin razılaşma var. Bu razılaşmaya görə sərhədlər 1991-ci ilin Alma-Ata deklarasiyası və BMT-nin əsasnaməsinə görə müəyyən olunacaq. Artıq belə bir zəmanətlər var. Belə olan halda yenə köhnə val kimi hansısa geosiyasi dəyişiklikləri ortaya atmaq əsassızdır və bu da Tehranın heç də səmimi olmadığını göstərir. Həmçinin İranın baxışı reallıqlara cavab vermir.

Fərhad Məmmədov: “Regionun geosiyasətini dəyişdirən məhz Ermənistandır. İranın “qırmızı xətt”i də Qərbin sürətlə yerləşdiyi Ermənistana qarşı müəyyənləşdirməlidir”.

İkinci tərəfdən İran xarici qüvvələrin region ölkələrində təmsil olunmasını istəmirsə, birinci bu sualı Ermənistana ünvanlasın. Çünki Ermənistan bir-birinin ardınca həm Rusiyanın qoşunlarını öz ərazisində saxlayır, indi Avropa İttifaqının mülki missiyasını ərazisinə gətirdi. Hazırda isə ATƏT-in missiyasının sərhədə gəlməsini istəyir. Ermənistan hakimiyyəti bununla Qərbi regionda yerləşdirməyə çalışır. Hər halda bu addımlar bunun ilk işartılaıdır. Buna görə də İran öz suallarını və narahatlığını ilk növbədə sevdiyi və müdafiə etdiyi Ermənistana ünvanlasa daha yaxşı olar. Çünki regionun geosiyasətini dəyişdirən məhz Ermənistandır. İranın “qırmızı xətt”i də Qərbin sürətlə yerləşdiyi Ermənistana qarşı müəyyənləşdirməlidir. İranın xarici işlər nazirinin səsləndirdiyi “qırmızı xətt”ə gəlincə, İranın “qırmızı xətt”i varsa, eləcə də Azərbaycanın “qırmızı xətt”i var. Azərbaycanın “qırmızı xətt”ini keçməyi də heç kəsə məsləhət görülmür.

- Son zamanlar İran Cənubi Qafqazda kifayət qədər aktivləşib və hardasa regionda dominant rola can atmaqdadır. Abdullahianın Yeravanda səsləndirdiyi diqqət çəkən fikirlərdən biri də Cənubi Qafqazda İran-Ermənistan-Hindistan iş birliyini yaratmaqdır. İranın Hindistanı Cənubi Qafqaza gətirmək istəyi nədən xəbər verir və Hindistanın bizim regionda uğurlu mövqe qazanma şansları varmı?

- İranın Cənubi Qafqazda resursları çox məhduddur. Strateji baxımından İran Cənubi Qafqazda heç bir layihədə iştirak etmir. Eyni zamanda İranın bölgədə hərbi təmsilçiliyi mövcud deyil. Ümumiyyətlə, İran İslam Respublikası Cənubi Qafqaz ölkələri üçün cazibədar deyil. Əksinə olaraq İran çəkindirici qüvvəyə malikdir.

Əgər İran İran-Ermənistan-Hindistan iş birliyini yaratmaq istəyirsə, buyursun. Mərkəzi dövlət İrandır. Görünən odur ki, yaxın 30 il ərzində İran heç bir digər dövlətlə hər hansısa bir formatda, nə ikitərəfli, nə də üçtərəfli formatlarda münasibət qura bilməyib. Çünki İranın xarici siyasətində hər zaman hiylə və yalan müşahidə olunur.

Fərhad Məmmədov: “3+3 formatına Tehranın maraq göstərməsi o deməkdir ki, İranın da regionun geosiyasətində hansısa bir rol oynaması var. Amma bu format elə başlanğıcdan natamamdır”.

- İranın xarici işlər naziri həmçinin bildirib ki, “regionun problemləri gözlənilən formatda, yəni 3+3 formatı vasitəsilə həllini tapacaq”. Zəngəzur dəhlizinin əleyhinə olan İranın 3+3 formatını vurğulaması nədən xəbər verir?

- 3+3 formatına Tehranın maraq göstərməsi o deməkdir ki, İranın da regionun geosiyasətində hansısa bir rol oynamq məqsədi var. Amma bu format elə başlanğıcdan natamamdır. Orada Gürcüstan yoxdur. Yəni İran hər vəchlə regionun siyasi və iqtisadi həyatında öz iştirakını təmin etmək istəyir. Bu şəraiti də İrana Azərbaycan yaradıb. Azərbaycan həm formatın dəstəklənməsində, həm də Naxçıvana gedən yolun İran ərazisindən keçməsi ilə İrana şəraitlər yaradıb.

Bunlardan artıq İranın Azərbaycandan nəyisə tələb etməsi düzgün deyil. Çünki İran region üçün heç nəyi təklif etmir.

- Cənubi Qafqazda yaşanan bu geosiyasi çalxantıların fonunda Azərbaycan-Ermənistan sülh müqaviləsinin gələcəyini necə görürsünüz? Sizcə iddia olunduğu kimi ilin sonuna qədər sülh sazişi imzalanacaqmı və son nəticədə Zəngəzur dəhlizi ilə bağlı gərginliklər öz həllini tapa biləcəkmi?

- Sülh müqaviləsi ilə bağlı ümidlər var. Lakin təhdidlər də var. İlk növbədə Ermənistan sülh müqaviləsi ilə birlikdə kommunikasiyaların açılması ilə bağlı konstruktivlik nümayiş etdirməlidir. Amma bunu biz hələ görmürük. Lakin onu demək lazımdır ki, artıq Azərbaycan lazımı xəbərdarlıqlarını İrana, ABŞ-a, Avropa Birliyinə, Rusiyaya edib. Vaxt müəyyən edilib. Düşünürəm ki, bu vaxtdan sonra sülh sazişi, yaxud da sülh sazişi olmasa da, Azərbaycan prioritet saydığı məsələlərdə öz addımlarını atacaq.

Fərhad Məmmədov: “İranın Azərbaycandan nəyisə tələb etməsi düzgün deyil. Çünki İran region üçün heç nəyi təklif etmir”.

Bu prioritetlər ilk növbədə Laçın yolunun nəzarətə götürülməsi, Qarabağda qalan Ermənistan ordusunun qalıqlarının oradan çıxarılması, məhv edilməsi və yolun İran üzərindən keçirilməsi ilə Naxçıvana quru yolun təmin edilməsidir. Yəni bunlar Ermənistanla, yaxud da Ermənistansız da mümkündür.

Eyni zamanda, əgər Ermənistan sülh sazişini, kommunikasiyaların açılmasını ləngidisə, bu addımlardan sonra Azərbaycan artıq yeni şərtlərlə həm sülh müqaviləsinə, həm də digər məsələlərə yanaşmasını sərgiləyəcək.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar