Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ATƏT-in nümayəndə heyətinin sərhəddə gəlməsi ilə heç nə dəyişməyəcək” - Hafiz Hacıyev

ATƏT Ermənistanın sərhədyanı ərazilərinə ekspert qrupu göndərəcək...

Müasir Müsavat Partiyasının sədri: “Ermənistan ATƏT-i sərhəddə gətirməklə bu günə qədər keçirilən görüşlərin hamısının üstündən xətt çəkmək istəyir”.

“Sərhəddə gələnlərə Makronlar başçılıq edirsə, hər halda Azərbaycanın əleyhinə yazacaqları şübhəsizdir”.

Xəbər verdiyimiz kimi ATƏT oktyabrın 21-27-də Ermənistanın sərhədyanı ərazilərinə ekspert qrupu göndərəcək. Bu barədə təşkilat bəyanat yayıb.

Bildirilib ki, oktyabrın 21-27-də ATƏT bir sıra sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirmək üçün Ermənistana ekspertlər qrupu göndərəcək.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Azərbaycanla sərhədə müşahidəçilərin göndərilməsi üçün təşkilata müraciət edib.

Ermənistanın istəyi ilə ATƏT-in yenidən dirçəldilməsi cəhdlərini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Azərbaycanın istəkləri yerinə yetəndən sonra Avropa İttifaqı da, ATƏT də gəlib Azərbaycanın öz torpaqlarında yenidənqurma işlərini necə apardıqlarını görə bilərlər”.

Azərbaycanın Paşinyanın aldadıcı manevrlərinə inanmamalı olmadığını vurğulayan partiya sədri bildirib ki, ölkəmiz təcili olaraq hərəkətə keçməlidir. Ya Xankəndindəki ermənilər bizim vətəndaşlığımızı qəbul etməlidirlər, ya da torpaqlarımızdan çıxmalıdırlar:

Ermənistan ATƏT-i sərhəddə gətirməklə bu günə qədər keçirilən görüşlərin hamısının üstündən xətt çəkmək istəyir. Yerevan ancaq vaxt udmaq üçün çalışır və hələlik buna nail ola bilir. Ermənistanın ATƏT-in bir neçə nümayəndəsini sərhəddə gətirməsinin Azərbaycanın üçün heç bir narahatçılığı yoxdur. Mən düşünürəm ki, onlar sərhəddə monitorinq aparanda bizim xeyrimizə nəysə deyərlər. Sərhəddə gələnlərə Makronlar başçılıq edirsə, hər halda Azərbaycanın əleyhinə yazacaqları şübhəsizdir.

Azərbaycan isə ancaq öz istəklərini yerinə yetimək üçün çalışır. Biz çalışırıq ki, ərazi bütövlüyümüz Ermənistan tərəfindən tanınsın və sülh sazişi imzalansın. Ermənistanın istəyi ilə sərhəddə gələn ATƏT komissiyasının işinin nədən olacağını heç kim bilmir. Onsuz da Azərbaycan üçün ATƏT yoxdur və bunu cənab Prezident dəfələrlə bildirib. İndi onların nümayəndə heyətinin sərhəddə gəlməsi ilə heç nə dəyişməyəcək.

Azərbaycan öz haqq yolunu davam etdirməlidir. İşğal altında olan ərazilərimizi də ermənilərdən azad etməliyik. Azərbaycan erməniləri Xankəndindən, Xocalıdan, Ağdərədən çıxarmalıdır. Rəsmi Bakı öz siyasətini uğurla həyata keçirir. Dünən Zəngilanda aeroportun açılması və açılışda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi bir çox mətləblərdən xəbər verdi. Bu fakt bir daha onu göstərirdi ki, Azərbaycan heç vaxt Ermənistanın təcavüzkar siyasəti ilə razılaşmayacaq. Azərbaycan Paşinyanın aldadıcı manevrlərinə inanmamalıdır. Təcili olaraq hərəkətə keçməlidir. Ya Xankəndindəki ermənilər bizim vətəndaşlığımızı qəbul etməlidirlər, ya da torpaqlarımızdan çıxmalıdırlar.

Hafiz Hacıyev: “Paşinyan-Makron birləşib nə edəcəklər? Yenidən gəlib torpaqlarımızı işğal edən deyillər”.

Azərbaycanın istəkləri yerinə yetəndən sonra Avropa İttifaqı da, ATƏT də gəlib Azərbaycanın öz torpaqlarında yenidənqurma işlərini necə apardıqlarını görə bilərlər. İndi onların sərhəddə gəlməsinin bizim üçün əhəmiyyəti və qorxusu yoxdur. Çünki biz heç kəsin torpaqlarını işğal etməmişik. Öz işğal olunan torpaqlarımızı düşməndən azad etmişik. Əksinə onlar indi sərhəddə gəlməklə Ermənistanın işğalçı dövlət olduğunu görməlidirlər.

Paşinyanla Makronun Azərbaycana qarşı nə planı olur-olsun, onsuz da, Azərbaycan ayıq-sayıqdır. Rəsmi Bakı gedən proseslərin hamısını diqqətlə izləyir. Paşinyan-Makron birləşib nə edəcəklər? Yenidən gəlib torpaqlarımızı işğal edən deyillər. Azərbaycan bundan sonra torpağının bir qarşını belə işğala verən deyil. Azərbaycan ordusu öz sərhədlərini qoruyur. Gələn nümayəndə heyəti də bunu görməlidir.

Burada əsas bir məsələ də ATƏT-in sərhəddə gələn nümayəndə heyəti ilə orada olan rus sülhməramlılarının hansı münasibətlərinin olmasıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: ATƏT Sərhəd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar