Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Ağalarovun şirkəti Bakıda dənizə çıxan dalanları bağlayır? – Foto

Bağ sakinləri təklif ediblər ki, dalanlardan maşınların girişi olmasa da, heç olmasa onların piyada girişinə icazə verilsin...

Nardaran qəsəbəsində yerləşən “Sea Breeze Resort” istirahət kompleksi qonşu Ləhiş bağlarından dənizə çıxan dalanları bağlamaqda davam edir.

Bu barədə yerli sakinlər “Bakı gündəliyi” səhifəsinə məlumat veriblər.

“Əvvəl dənizə giriş darvazalarla bağlanmışdı. Bağ sakinləri az da olsa, ümid edirdilər ki, bəlkə, gələcəkdə həmin darvazaların açılması məsələsinə baxılar. Artıq darvazalar çıxarılıb və onların yerində divar tikilib”, – sakinlərdən biri deyib.

Bağ sakinləri təklif ediblər ki, dalanlardan maşınların girişi olmasa da, heç olmasa onların piyada girişinə icazə verilsin. Bu işi kart sistemi və ya başqa şəkildə təşkil etmək olardı. Amma kompleksin rəhbərliyi təklifi qəbul etməyib.

Qeyd edilib ki, “Sea Breeze Resort”un ərazisi genişləndirilir. Bu iş davam etdikcə Ləhiş bağlarından dənizə çıxan bütün dalanlar bağlanılır. Cəmi 42 dalan var, bundan 11-i bağlanıb, qalanlarında isə tikinti işləri gedir. Bu da o deməkdir ki, perspektivdə bütün dalanlar bağlanacaq. Nəticədə Ləhiş bağlarının sakinləri dənizə maşınla 5-6 km-lik yol getməlidirlər. Əvvəl isə bunun üçün piyada 400-500 metr yol qət etmək lazım gəlirdi.

İddialarla bağlı “Sea Breeze Resort” və Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Qeyd edək ki, “Sea Breeze” 2010-cu ildə Azərbaycanın Xalq artisti Emin Ağalarov tərəfindən təsis edilib və ilkin olaraq otel, restoran və kiçik çimərlikdən ibarət olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ən çox oxunanalar