Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anton Bredixin: “Paşinyana, təbii ki, inanmaq olmaz”

Azərbaycana qarşı müharibə açıb Bakını ələ keçirəcəkləri haqda cəfəngiyyat sadəcə yazıq populizm cəhdidir...

Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən dördtərəfli görüşdən bir neçə gün keçir.

Ekspertlər çevrəsində nəticələr yüksək qiymətləndirilib, belə ki, yekun bəyanatda ErmənistanAzərbaycanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün tanınmasından bəhs edilir.

Bununla belə, Ermənistan tərəfinin Praqa danışıqlarının nəticələrini inkar edəcəyi ilə bağlı ehtimallar da var idi və belə də oldu.

Dünən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, İrəvanla Bakı arasında danışıqlar davam edir, Praqa görüşündən sonra isə heç bir inkişaf əldə edilməyib.

Bu, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun AzərbaycanErmənistanın sülh müqaviləsinin fundamental bəndləri üzrə razılıq əldə etdiyi barədə bəyanatına cavab olub.

Bundan əlavə, Ermənistan müxalifətinin Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması ilə bağlı etiraz bəyanatlarına cavab olaraq hakim “Vətəndaş sazişi” fraksiyası bəyan edib ki, Ermənistan Respublikası “Artsax”dan imtina etməyib.

Üstəlik, Ermənistanın 2023-cü il büdcəsində “Artsax”a təxminən 140 milyard dram (təxminən 350 milyon dollar) vəsait ayrılması nəzərdə tutulub.

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin Oxu.Az-a müsahibəsində mövcud vəziyyəti dəyərləndirib:

- Məncə, bu, Avropa diplomatiyasının növbəti uğursuzluğudur. Brüssel Cənubi Qafqaz üçün alternativ danışıqlar platforması yaratmaq istəyirdi, lakin bu cəhdinin uğursuz olduğuna bir daha əmin oldu. Biz nə görürük: Nikol Paşinyan yenə nəsə bir söz verdi, bu, gözəl görünürdü. Ancaq praktikada hər şey fərqlidir. Ermənistan özü üçün məqbul hesab etdiyi statusu saxlamaq üçün artıq bir sıra addımlar atıb. Eyni zamanda, Paşinyan yaxşı bilir ki, onun strategiyasında artıq partlamağa hazır olan saatlı bomba var. Çox güman ki, onun Qərbdəki kuratorları ona artıq regionda vəziyyəti dəyişmək üçün təxribatlar hazırlamağı tapşırıb. Paşinyana, təbii ki, etibar etmək olmaz. Real sənədlərə, sizin dediyiniz kimi, gələn ilin büdcəsində nələrin nəzərdə tutulduğuna və Ermənistan cəmiyyətindəki əhvali-ruhiyyəyə baxmaq lazımdır. Paşinyan Ermənistandakı çoxluğun ona diktə etdiyini yerinə yetirməlidir və ona görə də “Qarabağ Ermənistanın bir hissəsidir” formulundan uzaqlaşa bilməz. İndi erməni cəmiyyətinin birgə qəbul edəcəyi qərar, ya da ki, elə bir “geriyə dönüş nöqtəsi” olmayan vəziyyət yaranmalıdır ki, nə Paşinyan, nə də Ermənistandakı digər siyasi liderlər ondan imtina edə bilməsinlər.

- Siz yeni hərbi eskalasiya ehtimalına eyham vurursunuz ki, bunun nəticəsində Ermənistan növbəti kapitulyasiyaya imza atacaq?

- Bu, Nikol Paşinyanı və Ermənistan cəmiyyətini müəyyən qərarlara gətirə biləcək variantlardan biridir. İkinci Qarabağ müharibəsi sülh müqaviləsi ilə bitmədi. Regionun inkişafı ilə bağlı çoxlu ümidlər, proqnozlar, strategiyalar var idi. Amma Ermənistan hər şeyi ləngitdi. Nə diplomatiya, nə də iqtisadiyyat problemi həll edə bilmir. Nə qalır? Yalnız güc üsulu.

- Bir neçə gün əvvəl erməni müxalifət lideri, “Milli demokratik qütb” hərəkatının nümayəndəsi Jirayr Sefilyan bildirib ki, müxalifət hakimiyyətdə olan əclafları öz postlarından yıxmaqda qərarlıdır və bundan sonra danışıqlar masasına oturub Azərbaycan tərəfinə kapitulyasiyanı qəbul etməyi təklif edəcəklər. Və guya Azərbaycan tərəfi onların irəli sürdüyü şərti qəbul etməsə, onlar təkcə Qarabağı deyil, başqa əraziləri də işğal edəcəklər...

- Bu, sadəcə xəstə fantaziyalardır. Birincisi, indiki Ermənistan müxalifəti “küçə inqilabı” metodundan istifadə edə bilmədi, yeri gəlmişkən, Paşinyan məhz bu vasitə ilə hakimiyyətə gəldi. Bu, onların yolu deyil. İkincisi, Azərbaycana qarşı müharibə açıb Bakını ələ keçirəcəkləri haqda cəfəngiyyat sadəcə yazıq populizm cəhdidir.

pia.az


Etiket: Anton Bredixin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar